Məhkəmə qərarları › İş №3(008)-6608/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6608/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6608/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis polkovnik-leytenantı X1in iştirakları ilə, xx.xx.1989-cu ildə Ucar rayonu, Əlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, taksi fəaliyyəti ilə məşğul olan, evli, ali təhsilli, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Yeni Massiv, Ə.Məlikov küçəsi, nömrəsiz evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin polis sahə rəsi, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında marixuana aşkar olunub və marixuana çəkməsi müəyyən olunmuşdur. Nəticədə Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis polkovnik-leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, gecə saatlarında 15-ci PŞ-nin əməkdaşları onlara yaxınlaşmışlar. Həmin vaxt onlar avtomobildə olmuşlar. Digər şəxslər müştəri olmuşdur. Onları tanımamışdır. Onun üzərini video çəkiliş apararaq saxlanıldığı yerdə yoxlama zamanı üzərindən bir ədəd bükümdə marixuana aşkar olunmuşdur. Daha sonra bölməyə gətirmişlər. İki saat orada qaldıqdan sonra onu buraxmışlar. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onu bölməyə çağırıb, daha sonra məhkəməyə gətirmişlər. Məlum olmuşdur ki, analizə getməlidir. Analizdən sonra evə getmişdir. xx.xx.2025-ci il tarixdə yenidən bölməyə getmiş, onu məhkəməyə gətirmişlər. O, marixuananı şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır.2018-ci ildən narkotik vasitə olan marixuana istifadə edir. Üstüstə hesablasa heç 10 dəfə istifadə etməmişdir. Çox nadir hallarda istifadə edir. İİ qrup əlildir. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 7780 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+), aşkar olunur. Müayinə zamanı Şəxs opioidlərin, kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. AR NK-nin xx.xx.2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:57 radələrində Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəxs üzərinə baxış keçirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər ot bükümü aşkar edilərək götürülmüşdür. Şəxs həmin maddənin marixuana olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs üzərindən narkotik vasitə aşkar olunmasına dair Sabunçu RPİ-nin 15-ci PŞ-də toplanmış HK-1/3463 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində AR CM-nin 206-cı maddəsi ilə inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə əməkdaşa həvalə edilməsi qərara alınmışdır. AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 7/1477 saylı rəyindən görünür ki, Şəxs üzərindən götürüldüyü “LD” markalı siqaret qutusunun içərisində şəffaf sellofan kəsiyi bükümündə ümumi çəkisi 3,29 qram narkotik maddələr olan çətənə bitkisinin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 3,29 qram olan qurudulmuş marixuana xeyli miqdar hesab olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür http://e-qanun.az/alpidata/code/data/0/c_c_13.htm 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs satış məqsədi olmadan qanunsuz olaraq az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində saxlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs İ qrup əlil olması qanunvericiliyin tələbinə əsasən onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, İ qrup əlil olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalı, üzərindən aşkar olunmuş 3,29 qram qurudulmuş marixuana məhv edilməlidir. xx.xx.2025-ci il tarixli, 7780 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınsın. Şəxs üzərindən aşkar olunmuş və Sabunçu RPİ-nin 15-ci PB-də saxlanılan 3,29 qram qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar