Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6620/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, X1 qızının katibliyi, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Özbəkistan Respublikasında qeydiyyatda olan hüquqi şəxs – “UzAuto Motors” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs – "xxxx" MMC-nin ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq xx.xx.2024-cü il tarixli **********7158 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, ümumi invoys dəyəri 21225 ABŞ dolları təşkil edən “avtomobil ehtiyatı hissələri” yükü xx.xx.2024-cü il tarixdə saat 16:16-da 30X906RA/30354AA dövlət nömrə nişanlı yük avtomobilində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yüklərin “Şirvan” gömrük postunda “sərbəst dövriyyə üçün buraxılış” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı bəyannaməçi şirkət olan və ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs – Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 17:04-də mallarla bağlı elektron formada **********5335 sorğu nömrəli qısa idxal bəyannaməsinin verildiyi müəyyən edilimişdir. Belə ki, “Şirvan” gömrük postundan daxil olmuş 3-33-4100/001/001080 nömrəli xx.xx.2024cü il tarixli raporta əsasən, "xxxx" MMC-nin ünvanına dövlət nömrə nişanı 303584AA olan nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması’’ dair çıxarışdan görünür ki, 303584AA nömrəli nəqliyyat vasitəsində "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-ci il tarixdə saat 16:12 radələrində “Şirvan" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış gömrük təmsilçiliyi haqqında xx.xx.2023-cü il tarixli 03/01/23 nömrəli müqavilənin 2.3-cü bəndindən görünür ki, malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi təmin edilməsi gömrük təmsilçisi - Şəxs MMC-nin üzərindədir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, onun təmsil etdiyi MMC-nin inzibati xətanın baş verməsində təqsiri olmuşdır. Hüquqlarını təmsil etdiyi şirkət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə eyni gündə törədilmiş iki inzibati xəta haqqında tərtib edilmiş ayrı-ayrı inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə daxil olaraq iki ayrı iş kimi qeydiyyata götürülmüşdür. Artıq həmin işlərdən birinə görə Sabunçu Rayon Məhkəməsinin 3(008)-6534/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Şəxs MMC 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə tərəfindən qərar qəbul olunarkən qeyd olunan xüsusatın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nə də işin təxirə salınması barədə hər hansısa bir vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 3(008)-6534/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Özbəkistan Respublikasında qeydiyyatda olan hüquqi şəxs – “UzAuto Motors” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs – "xxxx" MMC-nin ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq xx.xx.2024-cü il tarixli **********7289 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, ümumi invoys dəyəri 20475 ABŞ dolları təşkil edən “avtomobil ehtiyatı hissələri” yükü xx.xx.2024-cü il tarixdə saat 16:05-də 30W820VA/304940AA dövlət nömrə nişanlı yük avtomobilində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yüklərin “Şirvan” gömrük postunda “sərbəst dövriyyə üçün buraxılış” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı bəyannaməçi şirkət olan və ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs – Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 17:00-da mallarla bağlı elektron formada **********5623 sorğu nömrəli qısa idxal bəyannaməsinin verildiyi müəyyən edilimişdir. Bununla əlaqədar Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, məhkəmə qərarını və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 34.2 və 34.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, Şəxs MMC Özbəkistan Respublikasında qeydiyyatda olan hüquqi şəxs – “UzAuto Motors” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs – "xxxx" MMC-nin ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, “avtomobil ehtiyatı hissələri” yükünü eyni gündə, yəni xx.xx.2024-cü il tarixdə 30X906RA/30354AA dövlət nömrə nişanlı və 30W820VA/304940AA dövlət nömrə nişanlı iki yük avtomobilləri ilə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yüklərin “Şirvan” gömrük postunda “sərbəst dövriyyə üçün buraxılış” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı bəyannaməçi şirkət olan və ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs – Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra qısa idxal bəyannamələrininin verildiyi müəyyən edilimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində hər iki yük avtomobilinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollara Sabunçu Rayon Məhkəməsində eyni vaxtda baxılmalı və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokol üzrə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli, lakin artıq digər protokol üzrə 1500 manat cərimə edildiyindən həmin Məcəllənin 34.2 və 34.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 25, 34.2, 34.3, 40.0.1, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş EP ******* saylı, 13 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsirli bilinsin. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6620/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6620/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver