Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6625/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Ramana qəsəbəsi, Aşıq Ədalət 24 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Aşıq Ədalət 24 ünvanında yerləşən Şəxs məxsus fərdi yaşayış evində formalaşan içməli, məişət və tullantı suları kənara təyinatsız axıdılmış, nəticədə fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 000343 nömrəli akt, izahat, fotoşəkil və videoçəkiliş ilə təsdiq edilir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs yaşadığı evə iki dəfə baxış keçirilmişdir. Birinci dəfə nöqsan aşkar edilmiş, yəni şambonun tam dolması nəticəsində sızma baş verərək çirkab suların küçəyə axıdılması aşkar olunmuş və aradan qaldırılması bildirilmişdir. Bununla bağlı şikayəti də xanımın qonşuları etmişdir. İkinci dəfə baxış keçirən zaman yenidən eyni nöqsanla qarşılaşılmış və bununla bağlı akt tərtib edilmiş, şəxsin izahatı alınmış və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində göstərmişdir ki, onun həyətində çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş şambo vardır, hasar qonşusunun həyətində də şambo vardır. O, ayda iki dəfə həmin çirkab suları çəkdirir. Qonşu isə çəkdirmir. Sızıntı əslində qonşunun şambosundan verir. Birinci dəfə baxış keçirilən zaman o, bu halın aradan qaldırılacağını bildirmiş, lakin həyata yoldaşı olmadığı üçün aradan qaldıra bilməmişdir. Lakin hazırda həmin yeri beton vasitəsilə düzəltmişlər və sızıntı halı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli 000343 nömrəli aktından görünür ki, Sabunçu rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilən zaman Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Aşıq Ədalət 24 ünvanında yerləşən Şəxs məxsus mənzil (fərdi yaşayış evi həyətində) olan çirkab və tullantı suları üçün nəzərdə tutulmuş şambo tam dolduğu üçün həmin şambodan boru vasitəsilə təyinatsız olaraq kənara (küçəyə) axıtdığı aşkar olunmuşdur. Vətəndaş Şəxs mövcud olan qanun pozuntusu izah olunmuşdur. Vətəndaş sənədlərini təqdim edərək yazılı izahat vermişdir. İzahatında həmin halı təsdiq edərək aradan qaldıracağını bildirmiş, əlavə olaraq bildirilmişdir ki, qeyd olunan hal ilə əlaqədar vətəndaş müraciəti əsasında 04 noyabr 2025-ci il tarixində mənzilə və əraziyə baxış keçirilmiş, həmin halın baş verməsi öz təsdiqini tapmışdır. Həmin tarixdə Şəxs şifahi xəbərdarlıq edilmiş, maarifləndirici söhbətdən sonra baş verən qayda pozuntusu aradan qaldırılmışdır. Nəticədə Şəxs AR Su Məcəlləsinin 45,78, 79, 103 maddələrinin, AR Su təchizatı və tullantı suları haqqında Qanununun 10-cu maddələrinin, AR NK-nin xx.xx.2023-cü il tarixli Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblərinin təsdiq edilməsi haqqında qaydalarının müvafiq maddələrinin tələblərini pozmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər və videogörüntü və digər sənədlər akta əlavə olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli Monitorinq aktından görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Aşıq Ədalət 24 ünvanında yerləşən Şəxs məxsus mənzil (fərdi yaşayış evi həyətində) olan çirkab və tullantı suları üçün nəzərdə tutulmuş şambonun tam dolu olması və sızma nəticəsində çirkab suların küçəyə axıdılması aşkar olunmuşdur. Bu halın aradan qaldırılması ilə bağlı vətəndaş Şəxs ilə evdə olmadığı üçün telefon vasitəsilə əlaqəs saxlanılaraq baş verən halın qanun pozuntusu olması tez bir zamanda aradan qaldırılması bildirilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi Şəxs məxsusdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6625/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6625/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver