Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-663/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 23 yanvar 2025cİ il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ 739730.00 ABŞ dolları məbləğində vəsaiti 12 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 739730.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında hüquqi şəxs “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ”NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN səlahiyyətli nümayəndəsi X3 bildirmişdir ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ”NİN AR filialının Ziraat bank usd hesabından “X1 İnşaat və Dış Ticarət Limited Şirkəti” nin Türkiyə Ziraat bank usd hesabına xx.xx.2023-cü il tarihində ödənilən 739730 USD pul vəsaiti xx.xx.2025-ci il tarihində onlara geri qaytarılmışdır. Bankdan qaynaqlanan problem səbəbindən pul gec qaytarılmışdır. Onların bunda heç bir günahı olmamışdır. Pulun geri qaytarılmasını təsdiq edən sənədi və şirkətin məktubunu məhkəməyə təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 yanvar 2025-cİ il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ 739730.00 ABŞ dolları məbləğində vəsaiti 11 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 739730.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1132, ünvan 1əqdim olunmuş məktubdan görünür ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ”NİN AR filialının Ziraat bank usd hesabından “X1 İnşaat və Dış Ticarət Limited Şirkəti” nin Türkiyə Ziraat bank usd hesabına xx.xx.2023-cü il tarixdə ödənilən 739730 USD pul vəsaiti xx.xx.2025-ci il tarixdə geri qaytarılmalı idi. Bankdan qaynaqlanan problem səbəbindən gecikmə olmuşdur və pul vəsaiti xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır.Hesabdan çıxarışdan görünür ki, “X1 İnşaat və Dış Ticarət Limited Şirkəti” tərəfindən 739730 ABŞ dolları məbləğində vəsait xx.xx.2025-ci il tarixdə “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ”NİN AR filialının hesabına geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş “ETAY GROUP” İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ”NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nin inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, hesabdan çıxarışdan görünür ki, pul vəsaiti geri qaytarılmış və “X1 İnşaat və Dış Ticarət Limited Şirkəti” tərəfindən verilmiş məktubdan görünür ki, köçürülən pulun 11 yanvar 2025-ci il tarixində geri qaytarılması nəzərdə tutulsa da bankda yaranan problemə görə pul xx.xx.2025-ci il tarixində geri qaytarılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarına əsasən “İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır”. Beləliklə, məhkəmə hesab edir ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş 739730.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin xx.xx.2025-ci il tarixdə geri qaytarılmasında “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN təqsiri olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-663/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-663/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver