Məhkəmə qərarları › İş №3(008)-6631/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6631/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6631/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 17 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkməsinin e-2-2(113)-126/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 40400 manat məbləğində borc pul və 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun 22555 saylı icra sənədinə əsasən 39326 manat məbləğində borc pul tutularaq Zərərçəkmiş şəxs ASC-nə ödənilməlidir. Hazırda 37562 manat məbləğində borcu vardır. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X8 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əliyev X10 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, borclu şəxs Şəxs tərəfindən hazırda 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Kommersiya Məhkməsinin e-2-2(113)-126/2024 saylı icra vərəqəsinə əsasən borclu ondan 40400 manat məbləğində borc pul və 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun 22555 saylı icra sənədinə əsasən 39326 manat məbləğində borc pul tutularaq Zərərçəkmiş şəxs ASC-nə ödənilməlidir. Qeyd olunan icra vərəqləri ilə bağlı məlumatı olmamışdır. 2021-ci ildə uzun müddət komada olmuş, daha sonra iki ay müddətində xəstəxanada olmuş, üç il məddətində Naxçıvanda müalicə almışdır. Mülkiyyətində avtomobili vardır. Həmin avtomobili sataraq borclarını ödəmək istəyir, lakin hələlik avtomobili sata bilmir, tikinti işiylə məşğul olur uzun müddətdir ki, səhhəti ilə bağlı problemlər olduğundan ödənişlər edə bilməmişdir. Bu günədək anasının əmək pensiyasına yönəldilən tutulmalar vasitəsilə hər ay 196 manat məbləğində ödəniş edilmişdir. Hazırda 2000 manat məbləğində ödəniş etmişdir. Bundan sonra isə hər ay 1000-1500 manat məbləğində ödəniş edəcəkdir və mülkiyyətində olan avtomobili sataraq icra sənədi üzrə olan borcunu ödəyəcəkdir. Odur ki, yuxarıda qeyd edilən halların nəzərə alınmasını, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq ediləməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 izahatında göstərdi ki, Bakı Kommersiya Məhkməsinin e-2-2(113)-126/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 40400 manat məbləğində borc pul və 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun 22555 saylı icra sənədinə əsasən 39326 manat məbləğində borc pul tutularaq Zərərçəkmiş şəxs ASC-nə ödənilməlidir. İcra qeydi 2021-ci ildən icra şöbəsinə daxil olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən bildirilən üzrlü səbəblər ilə razı deyil. Qeyd olunan üzrlü səbəblərlə bağlı banka heç bir məlumat verilməmişdir. Həmçinin icra sənədi üzrə zaminlərdən birinin barəsində Naxçıvan icra şöbəsinin icra məmuru tərəfindən inzibati həbs tətbiq edilmişdir. Şəxs tərəfindən 2021-ci ildən bu günədək olan müddət ərzində hər hansı əhəmiyyətli şəkildə ödəniş həyata keçirməmişdir. Şəxs tərəfindən bu günədək anasının əmək pensiyasına yönəldilən tutulmalar vasitəsilə hər ay 196 manat məbləğində ödəniş edilmiş, bu gün isə 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. 2021-ci ildən bu günədək icra sənədi üzrə qeyd edilən borcun ödənilməməsi bankın mənafeinə əhəmiyyətli dərəcədə zərər vurur. 2021-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, beş il müddətin keçməsinə baxmayaraq təxminən 35000 manat məbləğində borc ödənilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun 22555 saylı xx.xx.2021ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan ünvan 2 ünvanlı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ünvan 3 ünvanında qeydiyyatda olan ipoteka qoyana, Şəxs məxsus ipoteka predmeti olan **-ZZ-*** dövlət qeydiyyat nişanlı, SHCMAN SX3314DT366 yük markalı, buraxılış ili 2012-ci il, rəngi – tünd göy rəng olan avtomobillərə 36880.32 manat əsas borc, 2519.54 manat faiz borc olmaqla, cəmi 39326.17 manat borc üzrə tutma yönəldilməsi nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun 22555 saylı xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axtarışı haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1979-cu il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Borclunun əmlakının axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan “DONG FENG” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobil barəsində axtarış elan edilmişdir; Borclunun əmlakının axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan SHCMAN SX3314DT366 markalı **-MM- *** dövlət nömrə nişanlı avtomobil barəsində axtarış elan edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-126/2024 saylı icra sənədinə əsasən cavabdehlər X9, X4, X5, X13, Şəxs Qsım oğlu, X6 müştərək qaydada 36880,32 manat əsas borc, 2519,82 manat faiz borcu, 1000 manat cərimə olmaqla 40400 manat 14 qəpik borc, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun 10 manatının əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, 5 saylı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-126/2024 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun 22555 saylı xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkməsinin e-2-2(113)-126/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(103)-841/2024 saylı qətnaməsinə əsasən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 126/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdeh X1 qarşı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması nəzərdə tutulmuşdur; xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ASC-nə ödənilmiş kredit ödənişinin qəbzindən görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 2000 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Şəxs məhkəmə iclasında qeyd olunan icra vərəqləri ilə bağlı məlumatı olmadığını bildirmiş, 2021-ci ildə uzun müddət komada olmuş, daha sonra iki ay müddətində xəstəxanada olmuş, üç il məddətində Naxçıvanda müalicə almışdır. Mülkiyyətində avtomobili vardır. Həmin avtomobili sataraq borclarını ödəmək istəyir, lakin hələlik avtomobili sata bilmir, tikinti işiylə məşğul olur uzun müddətdir ki, səhhəti ilə bağlı problemlər olduğundan ödənişlər edə bilməmişdir. Bu günədək anasının əmək pensiyasına yönəldilən tutulmalar vasitəsilə hər ay 196 manat məbləğində ödəniş edilmişdir. Hazırda 2000 manat məbləğində ödəniş etmişdir. Bundan sonra isə hər ay 1000-1500 manat məbləğində ödəniş edəcəkdir və mülkiyyətində olan avtomobili sataraq icra sənədi üzrə olan borcunu ödəyəcəkdir. Məhkəmə qeyd edir ki, göstrilən səbəb icra sənədinin icra edilməməsinə əsas ola bilməz. Borclu bunu bilərəkdən və maliyyə imkanlarını "minimallaşdıraraq" öhdəlikdən qismən yayınırsa, bu, qərəzli və məqsədli yayınma kimi hüquqi qiymət ala bilər. Borclunun qəsdən yüksək əmək haqqı olan rəsmi işə düzəlməməsi, alternativ iş imkanları axtarmağa dair sübut təqdim etməməsi bütün bu hallar İXM-nin 528.1-ci maddəsinə əsasən "üzrsüz səbəbdən icra sənədinin tələblərini yerinə yetirməmək" kimi qiymətləndirilə bilər və qərəzli yayınma faktını sübut edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Əliyev X14 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib etmiş şəxs Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Şəxs icra sənədində qeyd olunan pul məbləğinin ödənilməsi tələbi qoyulsa da, o, məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar