Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6634/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən geri qaytarılmalıdır. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 3(008)-6615/2023 saylı qərardadı ilə icra məmuru Murad Abdullayev tərəfindən düzgün tərtib edilməmiş inzibati xəta haqqında 03 noyabr 2023-cü il tarixli MN ******* saylı protokol geri qaytarılmış, lakin icra məmuru eyni protokolu sadəcə “üzürsüz səbəbdən” ifadəsini bitmiş cümləyə əlavə edərək inzibati xəta haqqında olan protokoldakı natamamlığı aradan qaldırdığını zənn edərək həmin protokolu məhkəməyə təqdim etmişdir. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş natamamlığına dəlalət edən daha bir hal icra məmurunun öz ata adını protokolda göstərməməsi olmuşdur. Belə ki, AR İXM-nin 100.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi yer düzgün göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsində tərtib edilərək məhkəməyə təqdim edilməsinə baxmayaraq icra məmuru inzibati xəta haqqında protokolun Sabunçu rayon məhkəməsində tərtib edildiyini göstərmişdir. Belə ki, AR İXM-nin 100.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer göstərilir. Bundan savayı, inzibati xəta haqqında protokolda barəsində inzibati qaydada icraat aparılan şəxsin adı, soyadı, atasının adı göstərilsə də, vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Halbuki, AR İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Bununla yanaşı, inzibati icraat zamanı iddiaçı zərərçəkmiş şəxs olmasına baxmayaraq inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri göstərilməmiş və həmin qrafa doldurulmamışdır. Halbuki, AR İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Bundan savayı, inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş, həmin qrafa icra məmurunun sözləri ilə bir kəlimə olmaqla “işsiz olduğundan aliment borcunu ödəyə bilmir” yazılmaqla doldurulmuşdur. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Göründüyü kimi, icra məmuru Murad Abdullayev qanunvericiliyin tələblərini ümumiyyətlə nəzərə almadan öz mülahizələrinə uyğun düzgün olmayan və natamam sənədi inzibati xəta haqqında protokol qismində məhkəməyə təqdim etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti düzgün əks olunmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 03 noyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6634/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6634/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver