Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6637/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Atakişi Nizami oğlu Atakişiyevin katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, 29 yanvar 1987-ci il tarixdə Krım şəhərində doğulmuş, Ukrayna Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Bağırov X2 böyüdüyünü, rus-dilində təhsil aldığını, azərbaycan dilində yaxşı başa düşmədiyini, məhkəməyə təqdim edilmiş sənədlərdə bir sıra sözləri ümumiyyətlə anlamadığını, icra məmuruna müdafiəçiyə ehtiyacının olmasını bildirməsinə baxmayaraq müdafiəçi ilə təmin olunmadığını bildirmişdir. Məhkəmə Şəxs göstərdiyi xüsusatları, onun azərbaycan dilində sərbəst danışa bilmədiyini, Ukrayna vətəndaşı olmaqla orada böyüdüyünü və təhsil aldığını nəzərə alaraq hesab edir ki, Şəxs tərcüməçi təyin edilməklə izahatı alınmalı, xəbərdarlıq elan edilməli, tərcüməçinin iştirakı ilə inzibati xəta haqqında protokolun məzmunu ona izah edilməklə onun tərəfindən imzalanmalıdır. Əks yanaşma onun müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Bununla yanaşı, Şəxs müdafiəçiyə ehtiyacının olduğunu, bu barədə icra məmuruna deməsinə baxmayaraq müdafiəçi ilə təmin olunmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, inzibati icraat başlanılan vaxtdan barəsində inzibati qaydada icraat aparılan şəxsin müdafiəçiyə malik olmaq hüququ olduğundan onun barəsində icraat müdafiəçinin iştirakı ilə aparılmalı idi. Belə ki, AR İXM-nin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ var. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs qanunamüvafiq qaydada tərcüməçi və müdafiəçi ilə təmin edilməklə barəsində inzibati icraat aparılaraq inzibati xəta haqqında protokol tərtib edilməli və müvafiq materiallar məhkəməyə təqdim edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 03 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6637/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6637/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver