Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6638/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Nizami RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nizami RPİ-nin DYPŞ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün aidiyyəti orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Nizami RPİ-nin DYPŞ tərəfindən AR İXM-nin 342.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.Qərarla razılaşmadığı üçün qanunla müəyyən edilmiş müddətdə e-polis sistemi vasitəsilə rəsmi qaydada iki dəfə şikayət etmişdir. Hal-hazırda həmin müraciəti statusunda “müraciət baxılmaqdadır” qeydi mövcuddur. Buna baxmayaraq müraciətinə yazılı cavab verilməmiş, onunla heç bir əlaqə saxlanılmamış, şikayəti üzrə qərar qəbul edildiyi barədə məlumat təqdim olunmamışdır. Bu halda şikayətinə baxılmadan xx.xx.2025-ci il tarixdə inzibati xəta üzrə qərar qüvvəyə minmişdir ki, bu da inzibati prosessual normaların kobud şəkildə pozulması, eləcə də onun müdafiə və şikayət hüquqlarının məhdudlaşdırılmasıdır. Məhkəmədən barəsində qəbul edilmiş həmin qərarın ləğv edilib işin yenidən, obyektiv və hərtərəfli baxılması üçün aidiyyəti orqana qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, barəsində qəbul edilmiş qərarla razı deyil. O, nəqliyyat vasitəsini idarə edən zaman telefonu əlində saxlamaqla ondan istifadə etməmişdir. Onun telefonla danışması üçün əlində saxlamasına ehtiyac yoxdur, müasir standartlara uyğun avtomobili vardır. Bundan başqa polis maşını onun arxasınca bir neçə maşın ara məsafədə hərəkət etmiş və boy olaraq onun maşının alçaq olmuşdur. Bu vəziyyətdə həmin YPX maşınında polisin onun telefonla danışmasını necə görə bilərdi sualına cavab ala bilməmişdir. Məhkəmədən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 11:44 radələrində Bakı şəhəri Babək pr 36 e ünvanında “Lexus RX350 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşını telefonu əlində saxlamaqla ondan istifadə edərək idarə etdiyindən İXM-nin 342.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə -əlli manat məbləğində cərimə edilir. Nizami RPİ-nin DYPŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda Nizami RPİ-nin DYPŞ tərəfindən şəxsin nəqliyyat vasitəsini telefonu əlində saxlamaqla idarə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs nəqliyyat vasitəsini idarə edən zaman telefonu əlində saxlamadığını bildirdiyindən, bunun əksini təsdiq edən sübut isə məhkəməyə təqdim olunmadığından, şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən aradırma aparılması üçün onu qəbul edən orqana göndərilməli və sonuncu tərəfindən yuxarıda göstərilən hallar üzrə, yəni şikayətçinin bildirdiyi hallar üzrə şikayətçinin iştirakı təmin edilməklə tam, hərtərəfli, obyektiv araşdrıma aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsidə Nizami RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Nizami RPİ DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, Məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nizami RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Nizami RPİ DYPŞ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-6638/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6638/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver