Məhkəmə qərarları › İş №3(008)-6641/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6641/2023

05.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6641/2023 05.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq day., keçid -1349, 2 nömrəli ailəvi yataqxana ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Narkoloji Dispanserinin 7229 nömrəli rəyinə əsasən Şəxs müayinəsi zamanı AMP (+) aşkar edilmişdir, məcburi müalicəyə ehtiyacı vardır. Təxminən 2-3 gün əvvəl metafetamin istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Səmədovun əməliyyat tapşırığına əsasən cinayət işi üzrə dindirilməsi vacibliyi yaranan “Orxan” adlı şəxsin yerinin müəyyən edərkən, həmin şəxsi saxlayaraq, 12-ci PB-nə gətirmişdir. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Onu narkoloji müayinədən keçirən zaman Respublika Narkoloji Mərkəzinin 7229 nömrəli rəyinə əsasən AMP (+) aşkar edilmişdir. Məcburi müalicəyə ehtiyacı vardır. Deməsinə görə, 2-3 gün əvvəl metanfetamin adlı psixotrop maddə qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında narkotik vasitədən istifadə etdiyini etiraf etsə də, daimi istifadəçisi olmadığını bildirdi. Hazırda əməlindən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, məhkəmədən barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 7229 saylı aktına əsasən, Şəxs sidiyində narkotik vasitə sayılan AMP(+)aşkar olunmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar