Məhkəmə qərarları › İş №3(008)-6664/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6664/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6664/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən, manevr qaydasını pozub, yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, “HYUNDAİ İ 30” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə “BCD” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 30 sentyabr 2023-cü il tarixdə saat təqribən 19:30 radələrində idarə etdiyi “HYUNDAİ İ 30” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili təqribən 20 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi iki hərəkətli yolda hərəkətdə olduğu zaman yolu keçən piyadanın yol qaranlıq olduğundan hərəkət istiqamətini düzgün müəyyən etmədiyi üçün həmin şəxsi vurmuşdur. Vurduqdan dərhal sonra həmin şəxsə köməklik göstərib onu avtomobilə mindirib X3 gətirmişdir. Səhhəti ilə əlaqədar olaraq sonradan ailə üzvlərinə məlumat verib həmin yerdən uzaqlaşmışdır. Bir neçə dəfə qohumları gedərək xəstəyə baş çəkmiş, bazarlıq etmişlər, dəymiş ziyanın əvəzi olaraq ondan 400 manat istəmişlər, imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda xahiş edirki onun imkanı olmaması nəzərə alınaraq sürücülük hüququ məhdudlaşdırılsın. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 30 sentyabr 2023cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində iki hərəkətli yolda yolu keçdiyi zaman markasını xatırlamadğı avtomobil onu vurmuşdur. Vurduqdan sonra olanlardan xəbəri olmamışdır. Özünə gəldiyi zaman artıq Sabunçu xəsətəxanasında olduğunu görmüşdür. Orada ilkin tibbi yardım göstərilmişdir. Bir gün sonra evə buraxılmışdır. Həmin zaman tək olmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Məhəmmədəli Fətəliyevin xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibininin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 2452 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə nahiyəsinin əzilmiş yarası və sağ almacıq-yanaq nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun glir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Zərərçəkmiş şəxsnun izahatını, Sabunçu RPİnin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Məhəmmədəli Fətəliyevin xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar