Məhkəmə qərarları › İş №3(008)-6677/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6677/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6677/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 izahatında bildirmişdir ki, hadisə vaxtı təqsir onda deyil, sağdan yüksək sürətlə hərəkət edən avtomobildə olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer məhlənin içi olmuşdur. Orada konkret olaraq hansı istiqamətdən gələn nəqliyyat vasitəsinin üstünlüyə malik olması göstərilmişdir. Hər bir halda o, özü aşağı sürətlə hərəkət etmiş, magistral yola çıxmaq üçün düzünə hətəkət etmiş və qəfildə sağdan yüksək sürətlə gələn avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisənin baş verməsindən təqsir onun deyil, sağdan gələn nəqliyyat vasitəsinin sürücüsünün olmuşdur. Lakin nədən polis əməkdaşı inzibati xətada onu təqsirli bilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yer yolların kəsişdiyi yer olduğundan və həmin nizamlanmayan yolayrıcı hesab olunduğundan hər bir halda sağdan gələn nəqliyyat vasitəsinin sürücüsü üstünlüyə malik olmuş və düzünə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yolların kəsişdiyi yerə çatdıqda sağdan gələn nəqliyyat vasitəsinə yol verməli idi. Lakin hazırda təqdim etdiyi video və fotolardan görünür ki, X1 gələn nəqliyyat vasitəsini gğzlmədən yolun kəsişdiyi yerdə qəfil dayanmış və sağdan gələn nəqliyyat vasitəsi onun idarə etdii avtomobilə dəyərək toqquşmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini, 01 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 01 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 22 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində idarə etdiyi “Kia Pride” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayırıcını keçmə qaydalarını pozmuş və onun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Kia Pride” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nizamlanmayan yolayırıcında sağdan gələn nəqliyyat vasitəsinə yol vermədiyindən həmin avtomobil onu idarə etdiyi avtomobilə dəyərək toqquşmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş videodiskdə olan görüntünü tədqiq edərək məhkəmə «Kia Pride” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 nizamlanmayan yol ayərəcəna çatan zaman sağ tərəfdən gələn və hərəkət üstünlüyünə malik olan avtomobilə yol vermədən qəfildən yolayırıcına çataraq avtomobili saxladığını, bu zaman sağdan hərəkət edən nəqliyyat vasitəsinin onun avtomobilinə dəyərək toqquşduğunu və onun həmin əməlinin də AR İXM-nin 327.2-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 10-cu hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Hazırki halda isə videodiskdə olan görüntüdən açıq-aşkar görünür ki, «Kia Pride” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nizamlanmayan yolayırıcında sağdan gələn avtomobilə yol vermədiyindən yol-nəqliyyat hadisəsi baş vermişdir. Göstərilən bu hərəkəti ilə «Kia Pride” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozmaqla yanaşı, yolda təhlükəsizliyin tələblərinin təmin edilməsinə dair tələblərə də riayət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X6 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar