Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6678/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə Şikayət verən şəxs X2, İnzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın nümayəndəsi Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru polis baş serjantı X1 iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. X4 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “OPEL ASTRA MİNİK” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Sabunçu RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ona svetoforun qırmızı işığında keçdiyi bildirilmişdir. O, polis əməkdaşlarına svetoforun yaşıl işığının yanıb söndüyü zaman keçdiyini bildirmişdir. Polis əməkdaşına onun qırmızı işıqda keçməsi ilə bağlı video görüntünü göstərməsini xahiş etsədə polis əməkdaşları ona videogörüntünü təqdim etməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis mayoru Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “OPEL ASTRA MİNİK” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əsassız olaraq 80 manat cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın nümayəndəsi Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru polis baş serjantı X3 izahatında bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 23:06-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “OPEL ASTRA MİNİK” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən svetoforun qırmızı işığından keçdiyini gördükdə onun tərəfindən saxlanılmışdır. X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. X4 tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Beləliklə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. İş materiallarına olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis mayoru Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “OPEL ASTRA MİNİK” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2023-cü il tarixdə saat 23:06-da “Bakı, Azadlıq (Zabrat) 25” istiqamətində X4 Azərbaycan Respublikası 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 23:06-da ağ rəngli avtomobil svetoforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X4 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2023-cü il tarixdə saat 23:06-da svetoforun qırmızı işığında keçməsi qeyd edilmiş, həmçinin diskə baxış zamanı ağ rəngli avtomobilin məhz həmin tarixdə və saatda qırmızı işıqda keçməsi müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X4 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6678/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6678/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver