Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6680/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızı, X1 məxsus Toyota Prius markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə əsassız yazılmış cərimələrlə bağlı protokolların ləğv edilməsi və maşının üzərindən həbsin götürülməsinə dair şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus Toyota Prius markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə əsassız yazılmış cərimələrlə bağlı protokolların ləğv edilməsi və maşının üzərindən həbsin götürülməsin xahiş etmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Təqdim edilmiş şikayət ərizəsindən görünür ki, X2 məxsus Toyota Prius markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə əsassız yazılmış cərimələrlə bağlı protokolların ləğv edilməsi və maşının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında qərar qəbul edilmiş, lakin X5 həmin qərarları ərizəyə əlavə etməyərək mübahisələndirməmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət inzibati xəta haqqında protokoldan verilmiş şikayət kimi qiymətləndirilməli, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Bundan başqa, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, şikayətçi tərəfindən inzibati qərarlardan şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin üzrlü sayılmasına dair hər bir iş üzrə ayrı-ayrılıqda vəsatət verilməmişdir. Həmçinin, bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması nəzərə alınaraq, şikayətçiyə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 məxsus Toyota Prius markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə əsassız yazılmış cərimələrlə bağlı protokolların ləğv edilməsi və maşının üzərindən həbsin götürülməsinə dair şikayəti və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. Şikayətçiyə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrıayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması, şikayətçi tərəfindən inzibati qərarlardan şikayət vermə müddətinin üzrlü sayılmasına dair hər bir iş üzrə ayrı-ayrılıqda vəsatət vermə hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6680/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6680/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver