Məhkəmə qərarları › İş №3(008)-6687/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6687/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6687/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, Şəxs barəsində Bakı şəhər BPİ X1 İdarəsindən daxil olmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola müvafiq qərarın qəbul edilməsinə dair Bakı şəhər BPİ X1 İdarəsindən material daxil olmuşdur. Məhkəməyə təqdim olunmuş materialdan görünür ki, cərimə barədə vətəndaşa heç bir xəbərdarlıq məktubu göndərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən-protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim qərardad qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X1 İdarəsindən daxil olmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola müvafiq qərarın qəbul edilməsinə dair Bakı şəhər BPİ X1 İdarəsindən daxil olmuş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar