Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6689/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, məhkəmə iclasının katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işitrakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inspektrou, polis mayoru Samir Mirzəyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək, Şəxs ondan müxtəlif əşyalarqapı, çarpayı, tikiş maşını, qazan, soyuducu, tozsoran və sair kimi 2000 manat dəyərində əşyalarını oğurladığını bildirmişdir. Halbuki 13 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda ona hadisə ilə əlaqədar 100 manat maddi ziyan dəydiyi qeyd edilmişdir. Bu səbəbdən hazırki inzibati xəta haqqında materiala baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, zərərçəkmiş şəxs X1 protokolun baxılmamış geri qaytarılmasına dair xahişi nəzərə alınmalı, Şəxs barəsində inzibati xəta haqqında tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokolda zərərçəkmiş şəxsə hansı miqdarda ziyan dəydiyi göstərilməmişdir. 13 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda zərərçəkmiş şəxsə hadisə ilə əlaqədar 100 manat maddi ziyan dəydiyi qeyd edilsə də, oğurlanmış əşyaların hansının dəyərinin hansı qiymətdə olması, eləcə də həmin məbləğin hansı sənədlər əsasında müəyyən edilməsi göstərilməmişdir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Sabunçu RPİ-nin 14-cü PŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6689/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6689/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver