Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6693/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10nın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru Zahid Paşayevin, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 04 avqust 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 42-də qeydiyyatda olan və yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 19 dekabr 2025-ci il tarixdə müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Zahid Paşayev tərəfindən MN ******* nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 14-cü PŞ-nin sahə inspektoru Zahid Paşayev inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, narkotik vasitə istifadə etdiyini etiraf edir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş: 19 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokola əsasən müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 19 dekabr 2025-ci il tarixli 7871 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorları birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 19 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, materiallar baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” 18 dekabr 2025-ci il tarixli, AZA 018087 nömrəli protokoldan görünür ki, Şəxs 18 dekabr 2025-ci tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təşkil edir. Göründüyü İXM-nin 206-cı maddəsi alternativ əlamətli obyektiv cəhətə aid inzibati xəta növlərindən biridir. Maddənin dispozisiyasında qeyd edilmiş obyektiv cəhətlərdən biri də qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə məsuliyyət yaradır. Hazırki materiallar üzrə Şəxs inzibati xəta haqqında protokol qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında inzibati tənbeh tədbiri tətbiq edilərkən bu hal nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev. BAKİ ŞƏHƏR SABUNÇU RAYON MƏHKƏMƏSİ AZ 1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev 8 Tel:***-***-**-** 3(008)-7055/2024 12 oktyabr 2024-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinin rəisi cənab Ramin İmanova Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 3(008)-7055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından çıxarış icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 3(008)-7055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan çıxarış, şəxsiyyəti təsdiq edən sənədin əsli. Hakim Ruslan Mirzəliyev İş № 3(008)-6094/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 01 noyabr 2025-ci il Bakı şəhəri Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10nın katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X7 iştirakı ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 16:20-də açıldı. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audioyazının aparılması və audioyazı barədə məlumatın məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında protokola əlavə edilməsi barədə xəbərdar edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda məhkəmə iclasının fasiləsiz audioyazısının aparılmasına etiraz etmədiklərini bildirirlər. Hakim məhkəmə içlasını açır və X7 Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, inzibati protokolu tərtib etmiş şəxs və inzibati xəta törədən şəxs məhkəmə iclasına gəlmişlər. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Mirzəliyev Ruslan Əsəd oğlu Katib: X10 Hakim məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim inzibati işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir. İnzibati protokolu tərtib edən şəxs: X4-Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı. İnzibati xəta törədən şəxs: X14- 24 aprel 1989-cu il tarixdə Ağda rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ünvanında yaşayan. Hakim inzibati xəta törədən şəxsə hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələrim mənə aydındır. X3 07 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim edir. Siyahıda olan vəkillərdən və ya özünün tanıdığı hər hansı bir vəkillə hüquqlarının həyata keçiribkeçirməmək istəyini soruşur. X14 vəkilin hüquqi yardımından imtina edir və bu barədə ərizə tərtib olunur ərizəni imza edir. Hakim Azərbaycan Respublikasının İXM-nin 65.4-cü maddəsinə əsasən inzibati iş üzrə tərəflərə hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələrim mənə aydındır. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. İş üzrə zəruri materiallar elan olunur. Hakim inzibati protokolu tərtib etmiş şəxsə söz verir. İnzibati protokolu tərtib etmiş şəxs: xx.xx.2025-ci il tarixdə ərazidə xidmətdə olarkən saat təxmini olaraq 22:45 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Azərbaycan Qadını” küçəsində xidmətdə olarkən iki nəfər şəxs görüb onlara yaxınlaşaraq özünü təqdim etdikdən sonra sənədlərini istəmiş sənədləri üzərində olmadığından və gözlərinin qızarmış olması, əllərinin əsməsi, yayındırıcı cavab verərərək həmin yerdən uzaqlaşması, həmin şəxslərin narkotik istifadəçisi olmasına şübhələr yaratmış, bu səbəbdən yoxlanış üçün onları Polis Bölməsinə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1989-cu il təvəllüdlü X14 və xx.xx.1990-cı il təvəllüdlü X5r. Bu səbəbdən də, X14 barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edirəm. s/c-həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Hakim inzibati xəta törətmiş şəxsə söz verir. İnzibati xəta törədən şəxs X14: narkotik vasitədən istifadə etdiyimi etiraf edirəm. Törətdiyim əməldən səmimi peşmanam. Bir daha narkotik vasitədən istifadə etməyəcəyimə söz verirəm. Məhkəmədən mənə yüngül cəza verilməsini xahiş edirəm. Sədrlik edən inzibati xəta törədən şəxs s/c: Bəli, törətmiş olduğum əməldən peşmanam. Hakim inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, inzibati xəta törədən şəxsin izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Katib: İş № 3(008) -1850/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Hakim Mirzəliyev Ruslan Əsəd oğlu Sabunçu Rayon Məhkəməsinin inzibati binasında 09 mart 2024-cü il X6 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, hakim məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 15:50-də başladı. Hakim protokolları və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədlərin icraata qəbul edilməsinə dair qərardadı elan edir. Prosessual hərəkət saat 15:55-də qurtardı. Protokol 09 mart 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim: Ruslan Mirzəliyev İş № 3(008) -1850/2024 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA QƏRARDAD 09 mart 2024-cü il Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, X6 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə materiala baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən X12 barəsində toplanmış inzibati material məhkəməyə daxil olmuşdur. İş materialları ilə tanış olub hesab edirəm ki, iş aidiyyatı üzrə düzgün göndərilib. İşin məhkəmədə baxılmasını istisna edən hallar yoxdur. İnzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. İşin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Qeyd olunanlara nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı:
1. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati materialın baxılması məhkəmənin icraatına qəbul edilsin. 2.İşin məhkəmə iclası 09 mart 2024-cü il tarixə, saat 16:25-ə məhkəmə binasına təyin edilsin. 3.İş üzrə tərəflər məhkəməyə çağırılsın.
Hakim Ruslan Mirzəliyev
AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ
AZ 1040, Bakı şəhəri, Tel:(012) 525-20-72 Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi «8» Faks:(012) ***-**-** www.sabuncucourt.gov.az Elektron ünvan
№ 3(008) 1850/2024 09 mart 2024-cü il
Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna
Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə X8. Sumqayıt şəhəri, 18-ci Mikrorayon, ev 25 A, mənzil 4
X6 Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon İdarəsindən daxil olmuş inzibati materiala məhkəmə iclasında baxılması 09 mart 2024-cü il tarixə, saat 16:25-ə təyin edilmişdir. Göstərilən tarixdə və vaxtda məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur.
Hakim: Ruslan Mirzəliyev