Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6695/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2, Hüquqi şəxs Şəxs direktoru Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 26 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilməsi (Müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək olub) göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də Şəxs tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (Müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək olub). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də Şəxs tərəfindən icra edilməmişdir. İcrası məcburi olan göstərişi 16 avqust 2024-cü il tarixdə Şəxsnə göndərilmiş və 26 avqust 2024-cü il tarixdə həmin hüquqi şəxsin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Lakin hüquqi şəxs tərəfindən icra edilməmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə izahatında bildirdi ki, X5 onun rəhbər olmadığı dövrdə, xx.xx.2022-ci il tarixində internat məktəbinə müvəqqəti direktor təyin olunmuş Məmmədəliyeva Yeganə tərəfindən analıq məzuniyyətində olan tərbiyəçi X4 yerinə tərbiyəçi vəzifəsinə 1 illik müqavilə ilə müddətli işə götürülmüşdür. xx.xx.2023-cü il tarixində Babayev Xəyyam ilə bağlanmış əmək müqaviləsinin vaxtı bitdiyi və Zeynalova Asiman işə qayıtdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 26 avqust 2024-cü il tarixdə DƏM- yi tərəfindən onlara göstəriş göndərilmiş, lakin onun işə götürmək səlahiyyəti olmadığından göstərişi yerinə yetirməmişdir. Belə ki, tərbiyəçi vəzifəsi vakant yer kimi Təhsil Nazirliyinə göndərilir, onların göndərdiyi müvafiq imtahandan keçmiş şəxslər həmin vəzifəyə təyin edilirlər. Qeyd olunanları nəzərə alaraq Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən vətəndaş X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də Şəxs tərəfindən icra edilməmişdir, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 aprel 2022-ci il tarixli Şəxs üzrə 40 nömrəli Əmrdən çıxarışdan görünür ki, X5 01 aprel 2022-ci il tarixdən müddətli olaraq tərbiyəçi vəzifəsinə təyin edilmişdir; 26 aprel 2022-ci il tarixli 309N7EZ000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs tərəfindən X5 ilə 01 aprel 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 09 iyul 2023-cü il olaraq qeyd edilmişdir; 01 aprel 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 242 nömrəli Əmrin surətindən görünür ki, Şəxs bölməsində “Tərbiyəçi” vəzifəsində işləyən X5 ilə bağlanılmış 309N7EZ000200 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2. “b”- əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir; 16 avqust 2024-cü il tarixli 3-17-5/2-55325/2024 saylı məktubdan görünür ki, X3 Şəxsndə əmək hüquqlarının pozulmsı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Müraciətlə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı X.Babayev ilə Şəxs arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müddətli (1 il 3 ay 8 gün müddətinə) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən qanunvericiliyin tələbləri pozularaq, xitam verildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq X3 10 (on) gün müddətinə işinə bərpa edib, nəticəsi barədə X6 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməyiniz xahiş olunur. Əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) əsasən tərəfimizdən müvafiq qaydada inzibati məsuliyyətə cəlb oluncaqsınız. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15ci maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və Əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların, göstərişlərin işəgötürən və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir; Sistemdən çıxarışdan görünür ki, 16 avqust 2024-cü il tarixli 3-17-5/2-55325/2024 saylı məktub Şəxs nümayəndəsi tərəfindən 26 avqust 2024-cü il tarixdə qəbul edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (Müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək olub). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də Şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə izahatında bildirmişdir ki, X5 onun rəhbər olmadığı dövrdə, xx.xx.2022-ci il tarixində internat məktəbinə müvəqqəti direktor təyin olunmuş Məmmədəliyeva Yeganə tərəfindən analıq məzuniyyətində olan tərbiyəçi X4 yerinə tərbiyəçi vəzifəsinə 1 illik müqavilə ilə müddətli işə götürülmüşdür. xx.xx.2023-cü il tarixində Babayev Xəyyam ilə bağlanmış əmək müqaviləsinin vaxtı bitdiyi və Zeynalova Asiman işə qayıtdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 26 avqust 2024-cü il tarixdə X6 tərəfindən onlara göstəriş göndərilmiş, lakin onun işə götürmək səlahiyyəti olmadığından göstərişi yerinə yetirməmişdir. Belə ki, tərbiyəçi vəzifəsi vakant yer kimi Təhsil Nazirliyinə göndərilir, onların göndərdiyi müvafiq imtahandan keçmiş şəxslər həmin vəzifəyə təyin edilirlər. Qeyd olunanları nəzərə alaraq Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə göstərilənlərlə bağlı ilk növbədə bildirir ki, iş materiallarında olan işə qəbul və işdən azad olunma əmrlərindən görünür ki, bu barədə əmrlər hüquqi şəxsin direktoru və ya bu vəzifəni icra edən şəxs tərəfindən verilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, hüquqi şəxsin nümayəndəsi göstərişi aldıqdan sonra göstərişdə göstərilən məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə hər hansı müraciəti olmamışdır. Göründüyü kimi hüquqi şəxsin nümayəndəsinin göstərilən məsələ ilə bağlı izahatı özünümüdafiə xarakterli izahat kimi qəbul edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktorunun və protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsnin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 4.20-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsində 195.1-ci, 195.2-ci, 477-ci maddələrində, 539-cu maddəsinin adında, 539.1, 539.1-1,539.2, və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də icra etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxsin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6695/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6695/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver