Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-670/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru polis leytenantı Rasim Hümmətovun iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 33, mənzil 8-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1, 511.1.3, 333-1.1 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərini pozaraq qəsdən tabesizlik göstərmiş və tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 24 yanvar 2024-cü il tarixdə saat təxminən 13-25 radələrində Heydər Əliyev prospektində olarkən narkotik vasitənin təsiri altında yolun əksi istiqamətində KİA markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən polis əməkdaşları tərəfindən saxlama tələbinə tabe olmamış qaçmağa çalışmışdır. Lakin daha sonradan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra “Respublika Narkoloji Mərkəzi” X4 narkoloji tibbi müayinədən keçmiş, narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru polis leytenantı Rasim Hümmətov xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* saylı, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1, 511.1.3, 333-1.1 və 342.2.3-cü maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X1 izahatlarında bildirmişdirlər ki, 24 yanvar 2024-cü il tarixdə Heydər Əliyev prospektində xidmət apararakən Şəxs KİA markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşını yolun əksi istiqamətində idarə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və qaçmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 24 yanvar 2024-cü il tarixdə YPX-nin əməkdaşları tərəfindən saxlanılma tələbinə tabe olmamışdır. **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamamışdır. Bu zaman təhlükəli hərəkətlər etmişdir. Tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etməsi səbəbindən barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 333-1.1 və 342.2.3-cü maddələrinə əsasən protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2021-cü il tarixdə saat təxminən 13:254 radələrində H.Əliyev prospekti ünvanında xidmət edərkən KİA markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşını konstruksiyasında dəyişiklik olduğu üçün tərəflərindən saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, avtomaşının arxa yaylar kəsik olduğundan avtomaşını dayanacağa təmin edərkən qəflətən avtomaşının təkərləri yolun səthi üzərində iz buraxaraq damalı şəkildə sürətləndirərək avtoxuliqanlıq edib hərəkətinə davam etmişdir. Süni tıxac nəticəsində saxlanaraq sürücü Şəxs sərxoş olduğundan şüphələndiklərindən Norkoloji dispanserdən keçirdərək narkotik təsiri altında sərxoş vəziyyətdə avtomaşın idarə etməyi aşkar olunmuşdur. Sürücü onların qanunin tələblərinə tabe olmayıb qaçaraq uzaqlaşmaq istəsədə xüsusi vasitələrdən istifadə edərək həmin vətəndaşı 12-ci Polis Şöbəsinə təmin edilmişdir. xx.xx.2024-cü il tarixli, 1/73 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs sidik nümunəsində OPİ (+), MFT (+) aşkar olunur; Təqdim edilmiş video diskə baxış zamanı Şəxs tərəfindən idarə etdiyi KİA markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasıvə ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, narkotik maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat cərimə tətbiq edilir; 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206, 535.1, 511.1.3, 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahid izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddələsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1, 511.1.3, 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «24» yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə hüquqi qiymət verilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1, 511.1.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-670/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-670/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver