Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6713/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC sorğunu rəsmi qaydada aldğı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “X1 313CDİ” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə idarə etmiş fiziki şəxs haqqında tələb olunan məlumatların sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində verilməsi xahiş olunmuş, eyni zamanda qeyd edilən məlumatların verilməməsinə görə AR İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta ilə bağlı hüquq şəxs Şəxs MMC-nin mülkiyyətində olan “X1 313CDİ” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı hüquqi şəxs səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir; Hüquqi şəxsə ünvanlanmış sorğu məktubuna dair xəbərnamədən görünür ki, xəbərnaməyə şəxsən qeydinin qarşısında “Ələskərov” qeydi, etibarnamə ilə yazısının qarşısında isə “Əlimirzəyeva” qeydi edilərək imzalanmışdır; Elektron məlumat sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ 1104, ünvan 2vanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə olunmuş xəbərnamədə ad, vəzifə göstərilmədən fərqli soyadlar qeyd edilərək imzalanmış, Şəxs MMC-nin hansı vəzifəli şəxsi tərəfindən sorğunun qəbul edilməsi qeyd edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Xəbərnaməni imzalayan şəxsin hüquqi şəxsin hansı vəzifəli şəxsi olması qeyd edilməmişdir ki, bu da onun həqiqiətən qanunvericiliyin tələbinə uyğun olaraq hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul edilməsini, ümumiyyətlə hüquqi şəxslə əlaqəli bir şəxs olmasını şübhə altına alır. Qanunvericiliyin tələbinə uyğun olaraq isə aradan qaldırıla bilməyən bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunur. Həmçinin, Şəxs MMC-nin nümayəndəsinin iştirakı inzibati icraat zamanı təmin olunmadan, izahatı alınmadan barəsində inzibati xəta haqqında tərtib olunmuş protokol və məktub ünvanlarına rəsmi qaydada göndərilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin Sabunçu RPİ DYPŞ-nin sorğu məktubunu və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6713/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6713/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver