Məhkəmə qərarları › İş №3(008)-6716/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6716/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6716/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, icra işi üzrə tələbkar "xxxx" MMCnin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərinin anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9 küçəsi ev 25-də qeydiyyatda olan -Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3993/2021 saylı, xx.xx.2021-cu il tarixli icra vərəqəsinə əsasən 2548 manat borcun və Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusunun 14 dekabr 2022-ci il icra qeydinə əsasən 1990 manat 40 qəpik pulun tələbkar "xxxx" ASC-yə ödənilməsindən və Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusunun 16 dekabr 2022-ci il icra qeydinə əsasən 444 manat 95 qəpik pulun tələbkar "xxxx" ASC-yə ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X7 göstərmişdir ki, borclu Şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3993/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 2015 manat 40 qəpik pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsindən, Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusunun 14 dekabr 2022-ci il icra qeydinə əsasən 1990 manat 40 qəpik pulun tələbkar "xxxx" ASC-yə ödənilməsindən və Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusunun 16 dekabr 2022-ci il icra qeydinə əsasən 469 manat 95 qəpik pulun tələbkar "xxxx" ASC-yə ödənilməsində yayınır. Ona görə də, Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun icra vərəqəsində nəzərdə tutulan borcu ödəməyə imkan yoxdur. Anasının xəstə olduğu üçün icra məmurunun çağırışlarına vaxtıvaxtında gəlməmişdir. İcra vərəqəsində qeyd edilən borcun hissəli şəkildə ödəyəcəyini bildirir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 İsmayıl Həsən oğlundan borcun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş tələbkar "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3993/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 359 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2159 manat əsas, 20 manat cərimə olmaqla, ümumilikdə 2548 manat məbləğində pul vəsaiti vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisinin 14 dekabr 2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 2015 manat 40 qəpik tutularaq "xxxx" ASC-yə tutulması qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisinin 16 dekabr 2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 469 manat 95 qəpik tutularaq "xxxx" ASC-yə tutulması qeyd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan əlavə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına dair icra vərəqəsinin verilməsindən 01 ildən artıq müddət keçmiş, lakin məhkəmə qətnaməsi icra olunmamış qalmışdır ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalmasına haqq qazandıran hal ola bilməz. Borclu icra sənədini hissə-hissə ödəyəcəyini bildirməsinə baxmayaraq borcun hissə-hissə ödənilməsinə dair məhkəmə qərarı olmadığından borcdan ödəniş olunmaması borcun ödənilməsindən qərəzli yayınmama kimi qiymətləndirilməməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar