Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6726/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa- Nardaran şossesində sürücülük hüququ olmadan “Vaz 2106” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məhləyə dönərkən manevr qaydasını pozaraq idarəetməni itirmiş, əks yolda sağa dönmək üçün dayanmış vəziyyətdə olan “Changan CS 35” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuşdur. Toqquşma nəticəsində “Changan CS 35” markalı avtomobili sağa doğru sürüşərək daş hasara çırpılmışdır. Nəticədə hər iki avtomobillər zədələnmiş sonra sonuncu avtomobilin sürücüsü X3 və sərnişin X4 yüngül bədən xəsarəti almışdır. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru X5 izahat verərək bildirdi ki, Şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran şossesində sürücülük hüququ olmadan “Vaz 2106” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məhləyə dönərkən manevr qaydasını pozaraq idarəetməni itirmiş, əks yolda sağa dönmək üçün dayanmış vəziyyətdə olan “Changan CS 35” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuşdur. Toqquşma nəticəsində “Changan CS 35” markalı avtomobili sağa doğru sürüşərək daş hasara çırpılmışdır. Nəticədə hər iki avtomobillər zədələnmiş sonra sonuncu avtomobilin sürücüsü X3 və sərnişin X4 yüngül bədən xəsarəti almışdır. Eyni zamandan “Vaz 2106” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 ərizə ilə notarial qaydada ərizə verərək şikayət və tələbinin olmamasını bildirmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə AP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXMnin 332.4-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran şossesində sürücülük hüququ olmadan “Vaz 2106” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məhləyə dönərkən manevr qaydasını pozaraq idarəetməni itirmiş, əks yolda sağa dönmək üçün dayanmış vəziyyətdə olan “Changan CS 35” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuşdur. Nəticədə hər iki avtomobillər zədələnmiş sonra sonuncu avtomobilin sürücüsü X3 və sərnişin X4 yüngül bədən xəsarəti almışdır İnzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş protokol, özünün ifadəsi ilə, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolla, yol nəqliyyat hadisəsi yerinin sxemi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6726/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6726/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver