Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6728/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli, TP seriaylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 13 dekabr 2025-ci il tarixli TP seriaylı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.2025-ci il tarixdə, saat 12:55 radələrində özünə məxsus Mersedes Benz 108 Minik markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi ilə hərəkətdə olan zaman arxadan gələn Yol Patrul Xidməti avtomobilində olan YPX əməkdaşı səsgücləndirici vasitəsilə onun avtomobilinin nömrə nişanını çağıraraq avtomobili saxlamağımı tələb etdi. O, avtmobili yolun kənarına çəkib saxlamışdır. YPX avtomobilindən düşən əməkdaş ona yaxınaşdı və özünü təqdim etmədən ondan sənədlərini tələb etdi. O ondan onu niyə saxladığını soruşmuşdur. Cavab olaraq avtomobilin arxa stop işıqlarının yanmadığını bildirmişdir. O, avtomobildə oturan oğluna əyləci basmağını bildirmiş və YPX əməkdaşına işıqların yandığını göstərmişdir. O zaman o ona qabarik işıqıarının yanmadığını bildirmişdir. O onların da yandığını inspektora göstərmişdir. O zaman o ona tərəfindən yükdaşıma qaydalarını pozulduğunu bildirmişdir. Onun avtomobilinin salonunda su ilə dolu baçolklar var idi. Ancaq onların avtomobildə olması heç bir qayda pozuntusu yaratmırdı. Yəni, nə onun avtomobili idarə etməyinə, nə də digər hərəkət iştirakçılarına heç bir maneçilik və təhlükə yaratmırdı. O bunları YPX əməkdaşına izah etsə də o ona protokol yazacağını bildirmiş, narazı olduğu halda şikayət vermək hüququ inspektor tərəfindən ona bildirilmişdir. O, elə inspektorun yanında 102 xidmətinə zəng edib vəziyyəti izah edərək etirazını bildirsə də, heç bir nəticəsi olmadı və yekunda əməkdaş ona protokol tərtib etdi. Təxminən bir saatdan sonra onun mobil telefonuna İXM-nin 327.1 (yük daşıma qaydalarının pozulması) və 342.5 (konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayannıqliyyat vasitəsinin istismarı) maddələri ilə barəsində İXP-7631688 saylı inzibati xəta haqqında protokol (qərarsız) tərtib olunduğu barədə mesaj gəldi. xx.xx.2025-ci il tarixdə telefonuna həmin protokola görə 50 manat cərimə olunmağı barədə qərarın qüvvəyə minməsi barədə ikinci mesaj gəlmişdir. Hörmətli məhkəmə, bildirir ki, həmin Qərar tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Ona görə ki, o həmin maddələrdə nəzərdə tutlan qaydaları pozmamış həmin tarixdə və saatda heç bir inzibati xəta törətməmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında Qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1. maddəsinə əsasən 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2.inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırlması aparılmaqla barəsində olan inzibati xəta haqqında işə hüquqi qiymət verilərək DİN DYPİ X2 barəsində qanunsuz və əsassız qəbul olunmuş xx.xx.2025-ci il tarixli, İXP- 7631688 saylı Qərarın ləğv olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli, TP seriaylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2025-ci il tarixli, TP seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 29 noyabr 2025-ci il tarixdə saat 12:55-də Mehdi Hüseynzadə küçəsi ünvanında “MERCEDES BENZ 108 minik” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarının pozulması, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhər X9 İdarəsinin polis baş serjantı X5 tərəfindən tərtib edilmiş 29 noyabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 29 noyabr 2025-ci il tarixdə saat 12:55-də Mehdi Hüseynzadə küçəsi ünvanında “MERCEDES BENZ 108 minik” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarının pozulması, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüyə və fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X4 tərəfindən “MERCEDES BENZ 108 minik” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən yük daşıma qaydalarının pozulması, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2025-ci il tarixli, TP seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 29 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüyə və fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X4 tərəfindən “MERCEDES BENZ 108 minik” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən yük daşıma qaydalarının pozulması, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Təqdim edilmiş sənədlərə və video görüntüyə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər X9 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli, TP seriaylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli, TP seriaylı ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6728/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6728/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver