Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6729/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi ilə, X2, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ X6 Baş İnspektor Polis kapitanı X4 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 40 manat məbləğində cərimə edilmişəm. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, güya mən - X11 xx.xx.2024cü il tarixdə, saat 07:30-da Aeroport Şossesində “Kia Cerato” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, mən barəmdə tərtib edilən inzibati protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh barədə qərarla razı deyiləm. Çünki mən manevr etməyə qaydalarını pozmamışam və heç bir inzibati pozuntuya yol verməmişəm. Belə ki, mən - X11 xx.xx.2024-cü il tarixdə, saat 07:30-da Ramana qəsəbəsindən gələn ikinci dərəcəli yoldan Aeroport Şossesinə çıxarkən 9 saniyə gözləyib, sağ tərəfimdə nəqliyyat vasitəsinin olmadığını müəyyən etdikdən sonra sağa dönmə hərəkəti edərək Aeroport Şossesinə çıxdım və bu zaman sağımda qəfil peyda olan “Daewoo” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni davam etdirərək mənim idarə etdiyim “Kia Cerato” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sağ tərəfdən vuraraq avtomobilimə maddi zərər yetirmişdir. Göründüyü kimi DYP əməkdaşı yanlış nəticəyə gələrək məni nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmişdir. Bu hal tamamilə yanlışdır. Mən belə bir inzibati pozuntuya yol verməmişəm. DYP əməkdaşları qərarda bu halı sübut edən heç bir sənəd, foto və ya video görüntü təqdim etmədən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə, qaydaları pozmağımı qeyd etmişlər. Göründüyü kimi DYP əməkdaşları heç bir sübuta əsaslanmayan, əsassız protokol tərtib etmiş, həmin protokol əsasında da qərar qəbul edilmişdir. Hesab edirəm ki, vətəndaşın inzibati xəta törətməsini sübut etmək inzibati protokol tərtib etmiş orqanının vəzifəsidir. Əgər sübut yoxdursa onun inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 xx.xx.2024-cü il tarixində saat 07:30-da “KİA CERATO” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində saat 07:30-da “KİA CERATO” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən manevr etmə qaydalarının pozulmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X11 xx.xx.2024-cü il tarixində saat 07:30-da “KİA CERATO” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X11 barəsində İXM-nin 327.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib eilmişdir. Təqdim edilmiş video görüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı hadisənin baş verməsi müəyyən edilmiş, belə ki, X11 idarə etdiyi avtomobillə dönmə əməliyyatına başladıqdan sonra uzaq məsafədən surətli avtomobilin gələrək onunla toqquşması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X8 şikayəti qismən təmin edilməli, Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X14 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X7 şikayəti qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddələrilə inzibati xəta törətməsinə dair Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X14 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6729/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6729/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver