Məhkəmə qərarları › İş №3(008)-6731/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6731/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6731/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi ilə, Məhkəmə iclasının katibi X2 qızının katibliyi ilə, Hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Bakı Baş Gömrük idarəsinin X1 və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə daxil olmuş 3-33-1100/029/037061 nömrəli raporta əsasən "METANET İNTERNET HİZMETLERİ ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialının ünvanına idxal olunan mallar **********5624 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixində bəyan olunmuşdur. Həmin gömrük bəyannaməsi üzrə idxal olunan mallara dair müvafiq icazə sənədləri (gigiyenik sertifikat) təqdim edilməsi səbəbilə bəyannaməçiyə qaytarılmış və bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına elektron formada öhdəlik təqdim etmiş, lakin hazırki tarixədək düzəlişlər tamamlanmamışdır. **********5624 sorğu nömrəli gömrük bəyannaməsi üzrə tələb olunan icazə sənədlərinin təqdim olunması ilə əlaqədar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 150.5-ci maddəsinin tələbləri pozulmuşdur. Buna görə də Şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində 07 dekabr 2025-ci il tarixli 00100-03722/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Filialına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinin tələblərinə riayət edilərək gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsinin yə icazə sənədlərinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir kı, Şəxsnin Azərbaycan Respublikasındakı Filialının ünvanına gələn **********5624 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşən yüklər xx.xx.2025-ci il tarixdə gömrük orqanı tərəfindən bəyannaməçiyə qaytarılmış, həmin tarixdən Şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********5624 sorğu nömrəli gömrük bəyannaməsi və icazə sənədləri gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx bes) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bununlada Şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da, Şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********5624 sorğu nömrəli gömrük bəyannaməsi üzrə tələb olunan icazə sənədlərinin təqdim olunması ilə əlaqədar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 150.5-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, "METANET İNTERNET HİZMETLERİ ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialının ünvanına idxal olunan mallar **********5624 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixində bəyan olunmuşdur. Həmin gömrük bəyannaməsi üzrə idxal olunan mallara dair müvafiq icazə sənədləri (gigiyenik sertifikat) təqdim edilməsi səbəbilə bəyannaməçiyə qaytarılmış və bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına elektron formada öhdəlik təqdim etmiş, lakin hazırki tarixədək düzəlişlər tamamlanmamışdır. **********5624 sorğu nömrəli gömrük bəyannaməsi üzrə tələb olunan icazə sənədlərinin təqdim olunması ilə əlaqədar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 150.5-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs "METANET İNTERNET HİZMETLERİ ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs "METANET İNTERNET HİZMETLERİ ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs "METANET İNTERNET HİZMETLERİ ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialına həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs "METANET İNTERNET HİZMETLERİ ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar