Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6741/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Hacıyeva Ayla Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 16 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(011)-439/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə ittiham olunmasına dair hökmə əsasən ondan maddi ziyana görə 5500 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat, dövlət rüsumuna görə 77 manat olmaqla, ümumilikdə 5777 manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Lakin borclu tərəfindən məhkəmə hökmünün mülki iddiaya dair hissəsi tam icra edilməmiş və onun 5167 manat borcu qalmışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(011)-439/2022 saylı icra vərəqəsi üzrə icraat 11 noyabr 2022-ci il tarixdə başlanılaraq tələbin könüllü icrası barədə bildiriş 21 noyabr 2022-ci il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilsə də, həmin tarixdən bu ilin iyul ayınadək heç bir ödəniş edilməmişdir. İyul ayından isə hissə-hissə, 30, 50, 100 manat, bir dəfə isə 230 manat olmaqla, ümumilikdə 610 manat ödəniş etmişdir. Həmin məbləğ hazırda icra şöbəsinin depozitindədir. Belə ki, zərərçəkmiş şəxs həmin məbləği qəbul etməkdən imtina edir və cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, əvvəllər rəsmi olaraq işləmişdir. Lakin həmin müddətdə zərərçəkmiş şəxsə heç bir ödəniş etməmişdir. Belə ki, arxayın olmuşdur ki, ödəniş onun əmək haqqına yönələrək hissə-hissə tutulacaq. Sonradan isə işdən çıxmışdır. Hal-hazırda isə azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar ayağında qolbaq bağlanıldığından iş tapa bilmir. Bacardığı qədər hissə-hissə ödənişlər edir. Birdəfəlik ödəniş etməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, cinayət nəticəsində ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Belə ki, məhkəmənin hökmündən görünür ki, ona dəymiş ziyanın tam şəkildə ödənilməsi hökm edilmişdir. Şəxs ona bu günədək həmin məbləği ödəməmiş, ötən bir il ərzində az məbləğlə ödəməklər ödəniş etməsi görüntüsünü yaratmışdır. O, cinayət nəticəsində düşdüyü maddi zərərə görə bu günədən banka faiz kredit ödəyir. Özü taksi şoferidir. Onun cinayət nəticəsində düşdüyü zərər onun maddi vəziyyətini çox pis təsir etmişdir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(011)-439/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə ittiham olunmasına dair hökmə əsasən ondan maddi ziyana görə 5500 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat, dövlət rüsumuna görə 77 manat olmaqla, ümumilikdə 5777 manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Lakin borclu tərəfindən məhkəmə hökmünün mülki iddiaya dair hissəsi tam icra edilməmiş və onun 5167 manat borcu qalmışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(011)-439/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə ittiham olunmasına dair hökmə əsasən ondan maddi ziyana görə 5500 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat, dövlət rüsumuna görə 77 manat olmaqla, ümumilikdə 5777 manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. “İcraata başlamaq haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(011)-439/2022 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə 21 noyabr 2022-ci il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir. Şəxs 28 aprel 2023-cü il tarixli izahatından görünür ki, o, həmin tarixədək icra sənədi üzrə heç bir ödəniş etmədiyini, işdən çıxarıldığını bildirmişdir. Şəxs 13 iyun 2023-cü il tarixli izahatından görünür ki, o, həmin tarixədək icra sənədi üzrə heç bir ödəniş edə bilmədiyini bildirmişdir. Şəxs 28 avqust 2023-cü il tarixli izahatından görünür ki, o, həmin tarixədək icra sənədi üzrə hissə-hissə olmaqla cəmi 135 manat ödədiyini, fərdi qaydada işlədiyini və qazancının hökmlə müəyyən edilmiş məbləği ödəməyə yetmədiyini bildirmişdir. Ödəniş qəbzlərindən görünür ki, Şəxs 07 iyul 2023-cü il tarixdə 30 manat, 21 avqust 2023-cü il tarixdə 75 manat, 24 avqust 2023-cü il tarixdə 30 manat, 05 sentyabr 2023-cü il tarixdə 50 manat, 23 oktyabr 2023-cü il tarixdə 100 manat, 27 oktyabr 2023-cü il tarixdə 70 manat, 01 noyabr 2023-cü il tarixdə 230 manat və 25 manat, cəmi 610 manat ödəniş etmişdir. Şəxs 01 noyabr və 16 noyabr 2023-cü il tarixli izahatlarından görünür ki, o, həmin tarixədək icra sənədi üzrə hissə-hissə olmaqla cəmi 610 manat icra şöbəsinin depozit hesabına ödədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə hökmü ilə ödənilməsi üzərinə qoyulmuş məbləği üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(011)- 439/2022 saylı icra vərəqəsinin icrasını təmin etməmiş, hökmlə müəyyən edilmiş cinayət nəticəsində vurulmuş zərərin ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, iş materiallarından, o cümlədən icra məmurunun izahatından görünür ki, icra sənədi üzrə icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən ötən ilin noyabr ayının 22-də qəbul edilməsinə və 10 gün müddətində könüllü şəkildə hökmklə müəyyən edilmiş məbləği ödəməli olması, ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq o, 08 ay ərzində ümumiyyətlə ödəniş etməmiş, bu ilin iyul ayından başlayaraq cüzi məbləğlərdə ödəniş etməyə başlamışdır. Məhkəmə iclasında Şəxs 08 ay ərzində heç bir ödəniş etməməsinin səbəbi soruşulduqda o, həmin vaxt əmək müqaviləsi ilə rəsmi olaraq işlədiyini və borcun onun əmək haqqından tutulacağına arxayın olduğundan heç bir ödəniş etmədiyini göstərmişdir ki, bu hal özü Şəxs məhkəmə aktına biganə münasibət bəsləməsinin, cinayət törədərək zərər vurduğu şəxs qarşısında heç bir məsuliyyət hiss etməsinin bariz nümunəsidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(011)- 439/2022 saylı icra vərəqəsindən görünür ki, məhkəmə hökmünün mülki iddiaya dair hissəsində cinayət nəticəsində vurulmuş zərərin və zərərçəkmiş şəxs tərəfindən ödənilmiş məhkəmə xərclərinin, ümumi 5777 manat pulun Şəxs bir dəfəyə tutulması hökm edilmiş, Şəxs isə zərərçəkmiş şəxsdən cinayət nəticəsində əldə etdiyi həmin pulun qaytarılmasına nəinki cəhd etməmiş, hətta özü həmin məbləğin hissə-hissə istədiyi məbləğdə ödəniş edəcəyini qərarlaşdırıb ilk 08 ay ərzində pulun onun az məbləğdə olan əmək haqqının müəyyən hissəsi məbləğində tutulacağına arxayın olmuş, işdən azad olunduqdan sonra isə özü istədiyi məbləğlərdə istədiyi vaxt az məbləğləri icra şöbəsinin depozit hesabına qoymuşdur. Hazırda məhkəmə iclasında Şəxs işləmədiyinə istinad edərək icra sənədini icra edə bilmədiyini göstərsə də, məhkəmə cavan və sağlam olan şəxsin işləməməsinə dair gətirdiyi dəlili üzürlü hal hesab etmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs əlilliyinin və işləməsinə mane olan hər hansı xəstəliyinin olmadığını bildirərək sadəcə iş tapa bimədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək gənc bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəlaiyyət növü ilə (məsələn taksi fəaliyyəti, fəhlə) məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Şəxs icra sənədi üzrə ayda müəyyən məbləğlərdə ödəniş etdiyini göstərsə də, məhkəmə qeyd edir ki, Dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri və özünün müəyyən etdiyi məbləği ödəməsi ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəmə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Belə olan halda şəxsin özünün müəyyən etdiyi, məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin çox az bir hissəsini təşkil edən konkret məbləği son aylar ödəməyə başlaması icra sənədinin icrasının təmin edilməsi kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə hazırda məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin zərərin hissə-hissə ödənilməsi ilə razılaşmadığını, onun cinayət nəticəsində maddi zərərə məruz qalaraq ağır maddi vəziyyətə düşdüyünü (nəzərə alınsa ki, o, taksi şoferidir) və bu halların Şəxs tərəfindən ümumiyyətlə nəzərə alınmadığını və onun uzun müddət heç bir ödəniş etmədiyini, məhkəmə tərəfindən ona yüngül cəza təyin edilməklə işləyərək zərərin ödənilməsi üçün imkan yaradılmasına baxmayaraq onun zərərçəkmiş şəxsin mənafeyinə və məhkəmə aktına laqeyd münasibətini də nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 23 oktyabr 2023-cü il tarixdən, saat 16:25-dən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16 noyabr 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X3 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6741/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6741/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver