Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6743/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, vətəndaş Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 206-cı maddəsii təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə həmin inzibati protokolu və əlavə olunmuş materialları nəzərdən keçirilərkən bir sıra nöqsanların olması müəyyən olunmuşdur. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən şəxsiyyətin təsdiq edən sənəd olmadan tərtib olunmuşdur, onun şəxsiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmiş, izahatı alınmamışdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Bunlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarda qeyd olunan natamamlığın aradan qaldırılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Аzərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6743/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6743/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver