Məhkəmə qərarları › İş №3(008)-6792/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6792/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6792/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi ilə, X2 iştirakı ilə, X2 Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X15 xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayon X21 Şöbəsi tərəfindən qəbul edilən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar belə əsaslandırılmışdır ki, o xx.xx.2024-cü il tarixdə, saat 01:21-də Səbail rayonu, X13rşısında "Audi Q7 minik" markalı, 90-BK- 909 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə saxlanılmış və bu zaman nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Əvvəla qeyd etməyi zərur hesab edir ki, barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Səbail rayonu, X18 ərazisində istifadəmdə olan "Audi Q7 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmamışam. Həmin vaxt avtomobil dayanmış vəziyyətdə olmuş, o isə avtomobilin yanında idi. Bu zaman Səbail rayon DYPŞ-yə məxsus yol patrul avtomobili ona yaxınlaşmış, "Yol-patrul xidməti haqqında Təlimat"m 13-cü maddəsinin tələblərini kobud surətdə pozan inspektorlar özlərini təqdim etmədən ona içkili olub-olmadığıma dair sual ünvanlamışlar. O isə öz növbəsində etik qaydalara riayət etmələrinə dair iradını bildirdikdən sonra, əvvəla nəqliyyat vasitəsinin dayanıqlı, onun isə nəqliyyat vasitəsinin kabinində olmadığımı qeyd edərək, içkili olmadığını və əgər bununla bağlı şübhələri olarsa qanda alkoqolun müəyyən edilməsindən ötrü müayinə üçün tibb məntəqəsinə gedə biləcəyini bildirmişdir. Lakin buna baxmayaraq adlarını bilmədiyi Səbail rayon DYPŞ-nin əməkdaşları zor tətbiq edərək avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirdilər. Səbəbini öyrənməyə çalışsada polisə tabesizliyin məsuliyyət yaradacağını əsas gətirərək avtomobili onun icazəsi olmadan duracağa apardılar və onu müayinə üçün tibb məntəqəsinə aparmadan sürücülük vəsiqəsini alıb getdilər. Dərhal Respublika Gigiyena və X1 və Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə, saat 02:30-da verilən analiz cavabına əsasən qanda alkoqolun təsiri olmadığı təsdiqlənmişdir. Həmin cavabı xx.xx.2024-cü il tarixdə Səbail rayon DYPŞ-nin əməkdaşına təqdim etsə də onlar analiz cavabını nəzərə almamış və barəsində protokol tərtib edildiyini bildirmişlər. O isə işin məhkəmə qaydasında araşdırılmasını tələb etdikdən sonra iş aidiyyəti üzrə əvvəlcə Səbail Rayon Məhkəməsinə, oradan da vəsatəti əsasında Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 3(008)-4682/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş İXP ******* saylı, 03 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X19 geri qaytarılması qərara alınmışdır. Yuxarıda qeyd edilən qərardad belə əsaslandırılmışdır ki, "məhkəməyə təqdim edilmiş inzibati materiallardan görünür ki, sürücü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün və avtomobili sərxoş vəziyyətdə idarə etməsinə dair Bakı şəhər Səbail rayon X21 Şöbəsinin inspektoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə İXP ******* saylı, 03 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilsə də, izahatı alınmamış, inzibati xəta haqqında protokolda xətanın mahiyyəti göstərilməmiş, alkotestr çıxarışmdakı fotoşəkilin ona məxsus olması təsdiq olunmamışdır". Həmin qərardadın qəbul edilməsindən uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə sürücülük vəsiqəsini götürmək üçün Səbail rayon DYPŞ-yə yaxınlaşdıqda Şöbə tərəfindən heç bir əlavə araşdırma aparılmadan, izahatı alınmadan, xx.xx.2024-cü il tarixdə, saat 01:21-də Səbail rayonu, X13rşısında olarkən nəqliyyat vasitəsini idarə etməməyinə və içkili vəziyyətdə olmamağına baxmayaraq İXM-də nəzərdə tutulmuş bütün hüquqları pozularaq barəsində TP ******* nömrəli, xx.xx.2024- cü il tarixli qərar qəbul edilmiş və bununla yanaşı yenə də sürücülük vəsiqəsi qanunsuz olaraq ona qaytarılmamışdır. Bundan əlavə Sabunçu Rayon Məhkəməsində barəsində tərtib edilən İXP ******* saylı, 03 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokola baxılarkən müəyyən edilmişdir ki, prokotola əlavə edilmiş alkotester aparatının nəticələrinə dair fotoşəkildə əks olunan şəxs o olmamışdır və məhkəmə tərəfindən bu hal təsdiqlənmişdir. Bütün yuxanda qeyd edilənlərə baxmayaraq Səbail rayon DYPŞ heç bir əlavə araşdırma aparmadan barəsində əsassız olaraq TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Yol patrul xidməti əməkdaşı sürücünü yalnız "Yol hərəkəti haqqında" qanunda göstərilən əsaslardan biri olduqda saxlaya bilər. O isə ümumiyyətlə nəqliyyat vasitəsini idarə etməmişdir. Yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşdıqda avtomobil dayanıqlı vəziyyətdə, o isə avtomobildən kənarda olmuşdur. Sabunçu Rayon Məhkəməsinin 3(008)-4682/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və dərhal qüvvəyə minmişdir. Barəsində isə Səbail rayon DYPŞ tərəfindən isə qəbul edilən TP ******* nömrəli qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Yəni 3 aya yaxın müddət keçmişdir ki, bu da İXM-nin 102.5-ci maddəsinin tələblərinin pozulması deməkdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Səbail rayon X21 Şöbəsi tərəfindən qəbul edilən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək təqsirsizlik prezumpsiyasını rəhbər tutmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 xx.xx.2024-cü il tarixində saat 01:21-də “AUDİ Q7” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa gör, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində saat 01:21-də “AUDİ Q7” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli keçirilmiş alkotesterin nəticəsindən məlum olur ki, sürücü X8 alkoqolun miqdarı 0,379 promilli müəyyən olunmuşdur; Azərbaycan respublikası Səhiyyə Nazirliyi PHŞ Respublika Gigiyena və X3-Kimyəvi Müayinələr üzrə Referans labaratoriyasının analiz nəticəsindən görünür ki, X8 xx.xx.2024cü il tarixdə saat 02:30-da(cavabın alınma vaxtı) qanda etanolun miqdarı 0.29 olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X10 xx.xx.2024-cü il tarixində saat 01:21-də “AUDİ Q7” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X10 barəsində İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib eilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Lakin təqdim edilmiş materiallarda sözügedən protokola rast gəlinməmişdir. Bundan başqa, təqdim edilmiş materiallardan görünür ki, Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X15 xx.xx.2024-cü il tarixli GP 23459296 saylı qərardadına əsasən X10 barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyatı üzrə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. 28 iyun 2024-cü il tarixli məktubdan görünür ki, X10 barəsində İXM-nin 329.3 və 333.1-ci maddələri üzrə tərtib edilmiş tərtib edilmiş inzibati xəta haqqında iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-4682/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X10 barəsində protokol və sənədlər düzgün tərtib edilmədiyinə, təqdim edilmiş materialın natamam olması əsası ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X17 geri qaytarılmışdır. Materialın məhkəmə tərəfindən geri qaytarılmasına baxmayaraq, həmin qərardadda göstərilən pozuntular aradan qaldırılmadan, qərarın Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X20 tərəfindən qəbul edilməsi üçün əsas olmuş hallar göstərilmədən xx.xx.2024-cü il tarixdə Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X20 tərəfindən X7 İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinməklə 400 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X7 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X9 şikayəti qismən təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X17 göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X7 şikayəti qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X17 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar