Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6793/2022 29.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədirliyi Əhmədova Göyçək Vahid qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 23 iyul 1959-cu ildə Cəbrayıl rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 24 noyabr 2022-ci il tarixdə saat 11:40 radələrində “MERCEDES E-220 minik” markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi ilə hərəkət edib, sola dönərkən, sırayerdəyişməsi edib manevr qaydasını pozmuş və nəticədə mobedi görmədiyi üçün toqquşmuşdur. Nəticədə mopedin sərnişini Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ DYPŞnin YNH üzrə baş inspektoru X1 tərəfindən AP ******* seriyalı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, o, 24 noyabr 2022-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində hərəkət edib, sola dönərkən, sırayerdəyişməsi edib manevr qaydasını pozmuş və həmin küçə ilə səmtini dəyişmədən hərəkətdə olan mopedi vuraraq toqquşmuşdur. Nəticədə mopedi zədələmiş və mopedi idarə edən Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Sonra mopedi idarə edən sürücünü xəstəxanaya aparmışdır. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və zərərçəmiş şəxsin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. O əməlindən peşmandır. Məhkəmə Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəməyə gəlməmələrinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş protokolla, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, özünün və zərərçəkmiş şəxsin ifadələri ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasınn rədd edilməsi haqqında” qərarının təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 2742 saylı, 28 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu və qançır ilə müşayiət olunan xayalığın əzilməsi, sol dirsək oynağı, hər iki baldır nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən 24 noyabr 2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini iş üzrə məsuliyyəti yüngüləşdirən hal kimi qəbul edib qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Bunlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114- 115,117, 327.8-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alndığı gündən 10 gün müddətində Sabunçu rayon məhəkəmsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəri və protesti verilə bilər. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6793/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6793/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver