Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6798/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə 06 dekabr 2022-ci il tarixli, 00100-01635/22 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 18 dekabr 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3728 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilərək Gürcüstana, Şəxs MMC-nin Gürcüstan Filialına göndərilmiş “2M62” markalı lokomotivlərə aid hissələr, istilik dəyişdirici yüklərinin müvəqqəti ixrac müddəti 18 dekabr 2020-ci il tarixdə başa çatmış, lakin qeyd olunan malların gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülmədiyi aşkar edilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi MMC tərəfindən törədilmiş inzibati xətanı etiraf etdiyini bildirərək MMC barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli oorqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 22 noyabr 2022-ci il tarixli raportundan görünür ki, Şəxs MMC tərəfindən **********3728 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 18 dekabr 2020-ci il tarixdə bitməsinə baxmayaraq malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs MMC-nin baza rəisi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, o, izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən **********3728 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 18 dekabr 2020-ci il tarixdə bitməsindən MMCnin məlumatı var. Sözügedən mallar orada lokomotivlərdə istifadə olunur və hal-hazırda istifadə olunduğu üçün geriyə qaytarılmayıb. Gömrük qaydalarının pozulduğunu bilirlər . İnzibati xəta haqqında 06 dekabr 2022-ci il tarixli, 00100-01635/22 saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən 18 dekabr 2015ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3728 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilərək Gürcüstana, Şəxs MMC-nin Gürcüstan Filialına göndərilmiş “2M62” markalı lokomotivlərə aid hissələr, istilik dəyişdirici yüklərinin müvəqqəti ixrac müddəti 18 dekabr 2020-ci il tarixdə başa çatmış, lakin qeyd olunan malların gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Gürcüstan Filialına göndərilmiş malların müvəqqəti ixrac müddətinin 18 dekabr 2020-ci il tarixdə başa çatmasına baxmayaraq qeyd olunan malların gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. Lakin məhkəmə AR İXM-nin 38 və 53-cü maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin AR CM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutumuş inzibati xətanı törətdiyi gündən qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 499.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 18 dekabr 2020-ci il tarixdə törədilmiş və xətanın törədildiyi gündən inzibati məsuliyyətə cəlb etmə üçün qanunla müəyyən edilmiş 01 illik müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta 18 dekabr 2020-ci il tarixdə törədildiyindən və həmin xətanın törədilməsindən qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6798/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6798/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver