Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6799/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-də qeyri-münbit əmək şəraiti-havalandırma, isitmə və sərinlətmə sisteminin olmaması, yağış sularının istehsal ərazisinə, avadanlıqların üzərinə yağması, işçilərin xüsusi geyim və FMV ilə təmin edilməmələri, hamamın olmaması, müxtəlif vaxtlarda istehsalat xəsarətləri almaları barədə X7, X3 və digərlərinin AR Prezident Administrasiyasına və DƏMX-nə müraciətləri əsasında "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-95197/2025 nömrəli icrası məcburi göstəriş göndərilmiş lakin icra edilməmişdir. Bu fakt vətəndaşların müraciətləri və təqdim etdikləri sübutlar ilə təsdiq edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hüquqi şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli hüquqi şəxsə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMCdə qeyri-münbit əmək şəraiti və müxtəlif vaxtlarda istehsalat xəsarətləri almaları barədə X7, X3 və digərlərinin AR Prezident Administrasiyasına ünvanladıqları kollektiv müraciətə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılması və münasibət bildirilməsi üçün məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən AR ƏƏSMN-nə verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda işçilər tərəfindən bildirilən şikayətin əsassız olduğu, hər bir ştat cədvəlinə uyğun olaraq əmək haqqının alınması, əmək şəraitinin qaydasında olması qeyd edilmişdir. AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxsə ünvanlanmış 3-17-5/2-95197/2025 saylı, xx.xx.2025-ci il tarixli icrası məcburi göstərişindən görünür ki, müəssisədə qeyri-münbit əmək şəraiti, havalandırma, isitmə və sərinlətmə sisteminin olmaması, yağış sularının istehsal ərazisinə, avadanlıqların üzərinə yağması, geyim və fərdi mühafizə vasitələrinin verilməməsi, hamamın olmaması və müxtəlif vaxtlarda istehsalat xəsarətləri almaları barədə X8, X3 və digərlərinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladıqları kollektiv müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Məsələyə münasibət bildirilməsi məqsədi ilə Sizə xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 88695/2025 nömrəli sorğu məktubu ünvanlanmış, xx.xx.2025-ci il tarixli, SM-10/106 nömrəli cavab məktubunuzda işçilər tərəfindən şikayətin əsassız olduğu, hər bir işçinin ştat cədvəlinə uyğun olaraq əmək haqqı aldığı, əmək şəraitinin qaydasında olduğu qeyd edilmişdir. Lakin müraciət müəllifləri tərəfindən təqdim olunan videogörüntülərə baxış keçirilən zaman hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) 1-ci hissəsinin (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini), 2-ci hissəsinin (binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini), 3-cü hissəsinin (bilavasitə iş yerlərinin sağlam sanitariya- gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını), 222-ci maddəsinin 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir) tələblərinin pozulduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən 30 gün ərzində müəssisədə işçilərin əmək və sanitariyagigiyena şəraitinin yaxşılaşdırılması və hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunlaşdırılınası (yağış sularının elektrik qurğuları, istehsal avadanlıqları olan hissəyə axmasının qarşısının alınması, müəssisədə işçilərin qızınması üçün müvafiq otaqların və ya hissələrin yaradılması, işçilərin yuyunması məqsədilə hamam otağının, soyunub-geyinmə hissəsinin yaradılmasının təmin olunması) məqsədilə müvafiq tədbirlər görməyiniz və görülmüş işlər barədə X5 Xidmətinə məlumat verilməsi tələb olunmuşdur. Qeyd edilən icrası məcburi göstərişin alınmasına dair təqdim edilmiş poçt göndərişinin izlənilməsinə dair çıxarışdan görünür ki, SS929801461AZ ştrix kodlu və SS929801475AZ ştrix kodlu sifarişli məktublar xx.xx.2025-ci il tarixdə hüquqi şəxs tərəfindən alınmışdır. AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxsə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində inzibati xəta haqqında prrotokolun tərtib olunmasında iştirak edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da Dost Mərkəzinə və ya video konfrans vasitəsilə dəvət olunaraq səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi və iş üzrə bütün sübutlar, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Qeyd edilən bildirişin alınmasına dair təqdim edilmiş poçt göndərişinin izlənilməsinə dair çıxarışdan görünür ki, SS929819595AZ ştrix kodlu sifarişli məktub xx.xx.2025-ci il tarixdə hüquqi şəxs tərəfindən alınmışdır. Elektron Məhkəmə İnformasiya Sisteminin Vergi ödəyicilərinə dair məlumatlarından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 5 Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 48-51, 55,114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALD İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6799/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6799/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver