Məhkəmə qərarları › İş №3(008)-6802/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6802/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6802/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının kaitib X6 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 15 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 21:20 radələrində Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında idarə etdiyi MERCEDES BENZ 280 minik markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində o etibarnamə əsasında idarə etdiyi Mercedes E-280 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən YDM-nə daxil olaraq avotomobilin yük hissəsində olan 50 m3 həcmili qaz balonuna maye qaz dolduraraq avtomobilin yük hissəsində qoyub hərəkətinə davam etmişdir. Hərəkətdə olarkən DYPŞ-nin avtopatrul maşını yaxınlaşaraq saxla işarəsini vermişdi. O qeyd olunan avtomobili yol kənarında saxlamışdır. Ona polis serjantı yaxınlaşaraq sənədlərini yoxladıqdan sonra avtomobilin yük hissəsində olan qaz balonun daşıma qaydalarını rəiyət etmədiyi izah edərək avtomobili duracağa aparılmasını bildirmişdi. YPX-nin əməkdaşı ona DYPŞ-nin avtopatrul maşının arxasıca idarə etməyini bildirsədə, lakin o avtomobilə əyləşib əksinə olaraq ondan qaçmaq məqsədi ilə üzü şəhər istiqamətində hərəkət etmişdir. Bununlada Sabunçu rayonu. Zabrat qəsəbəsi, Babək küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində yerləşən işıqforunun qırmızı işığını görərək düz qoşa xəttin tələbini pozub qarşı əks yola çıxaraq təxminən 80-90 km saat sürətlə hərəkətinə davam etmişdir. Bu zaman yol kəsişməsində anidən 3-4 metr məsafadə Həzi Aslanov küçəsi ilə hərəkətdən Toyota Prius markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına doğru dönüş etməsini gördükdə əyləcdən istifadə etsədə hadisənin qarşısını ala bilməyib hərəkətdə olduğu zolaqda idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə Toyota Prius markalı avtomobilin sol ön hissələri qarşı qarşıya toqquşaraq YNH-i baş vermişdi. Hadisə zamanı o idarə etdiyi avtomobildə sərnişin qismidnə olan qaynı Zərərçəkmiş şəxs1, digər avtomobildə olan sürücü və yanında olan sərnişin xəsarət alaraq TTYS-nın vasitəsi ilə 3 saylı ŞKX-na gedərək müayinə olunmuşlar. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində yol 3 gediş və 3 gəliş olmaqla, iki istiqamətli, 6 zolaqlı, düz, hamar, yol nişanları, işıqfor və maksimum 50 km saat sürətlə ilə tənzimlənən yoldur. İdarə etdiyi Mercedes E-280 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində bir ədəd 50 m3 həcimli qaz balonu və usta kimi istifadə etdiyi alətlər olmuşdur. Hadisə zamanı idarə etdiyi Mercedes E-280 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq oturacaqda sərnişin qismində qaynı Zərərçəkmiş şəxs1 olmuşdurlar. İdarə etdiyi Mercedes E-280 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan hadisədən qabaq hec bir spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində o qonşusu X1 idarə etdiyi Toyota Prius markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Həzi Aslanov küçəsi ilə üzü Babək küçəsi istiqamətində təxminən 30-40 km saat sürətlə hərəkətdə olarkən yol kəsişməsində yerləşən işıqorun yaşıl işıtını görərək sola doğru dönüş üçün sürət həddini azaldıb təxminən 30 km saat sürətlə dönüş etmişdi. Həmin vaxtı yəni dönüş edərkən anidən təxminən 2-3 metr məsafədə düz qoşa xəttin və işıqforun qırmızı işığının tələbini pozaraq qarşı əks yolda hərəkətdə olan Mercedes markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili gördükdə Pərviz İbrahmov əyləcdən istifadə etsədə hadisənin qarşısını alınması mümkün olmamış və bununlada Pərviz İbrahimov idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə Mercedes markalı avtomobilin sağ ön hissələri qarşı qarşıya toqquşduqda, zərbədən Toyota Prius markalı avtomobil yolun əks istiqamətinə doğru fırlanıb dayanaraq YNH-i baş vermişdi. Hadisə zamanı o, Pərviz İbrahimov,digər avtomobili idarə edən adını sonradan bildiyi Şəxs və onun avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli xəsarətlər alaraq TTYS-nın vasitəsi ilə X5 gedərərk müayinə olunmuşlar.Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində yol 3 gediş və 3 gəliş olmaqla, iki istiqamətli, 6 zolaqlı, düz, hamar, yol nişanları, işıqfor və maksimum 50 km saat sürətlə ilə tənzimlənən yoldur. Toyota Prius markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı Pərviz İbrahimovun idarə etdiyi Toyota Prius markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə o qabaq oturacaqda, Ağaəli isə arxa oturacaqda olmuşdur. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində o qohumu Şəxs idarə etdiyi Mercedes E-280 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən YDM-nə daxil olaraq avotomobilin yük hissəsində olan 50 m3 həcmili qaz balonuna maye qaz dolduraraq avtomobilin yük hissəsində qoyub hərəkətinə davam etmişdi. Hərəkətdə olarkən DYPŞ-nin avtopatrul maşını yaxınlaşaraq saxla işarəsini vermişdi. Şəxs qeyd olunan avtomobili yol kənarında saxlamışdı. Şəxs polis serjantı yaxınlaşaraq sənədlərini yoxladıqdan sonra avtomobilin yük hissəsində olan qaz balonun daşıma qaydalarını rəiyət etmədiyini izah edib avtomobili duracağa aparılmasını bildirmişdi. Polis əməkdaşı Şəxs idarə etdiyi avtomobil ilə DYPŞ-nin avtopatrul maşının arxasıca idarə etməsini bildirsədə, lakin Şəxs avtomobilə əyləşib əksinə olaraq ondan qaçmaq məqsədi ilə üzü şəhər istiqamətində hərəkət etmişdi. Bununlada Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində yerləşən işiqforunun qırmızı işığını görərək düz qoşa xəttin tələbini pozub qarşı əks yola çıxaraq təxminəmn 80-90 km saat sürətlə hərəkətinə davam etmişdir. Bu zaman yol kəsişməsində anidən 3-4 metr məsafadə Həzi Aslanov küçəsi ilə hərəkətdə olan Toyota Prius markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılarına doğru dönüş etməsini gördükdə əyləcdən istifadə etsədə hadisənin qarşısm ala bilməyib hərəkətdə olduğu zolaqda idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə Toyota Prius markalı avtomobilin sol ön hissələri qarşı qarşıya toqquşaraq YNH-i baş vermişdi. Hadisə zamanı o, Şəxs, digər avtomobildə olan sürücü və yanında olan sərnişin xəsarət alaraq TTYS-nın vasitəsi ilə 3 saylı ŞKX-na gedərək müayinə olunmuşlar. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində yol 3 gediş və 3 gəliş olmaqla, iki istiqamətli, 6 zolaqlı, düz, hamar, yol nişanları, işiqfor və maksimum 50 km saat sürətlə ilə tənzimlənən yoldur. Şəxs idarə etdiyi Mercedes E-280 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində bir ədəd 50 m3 həcimli qaz balonu və usta kimi istifadə etdiyi alətlər olmuşdur. Hadisə zamanı Şəxs idarə etdiyi Mercedes E-280 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobildə o qabaq oturacaqda sərnişin qismində olmuşdur. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli 2510 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sağ təpə-alın nahiyəsinin əzilmiş-cırılmış yarası; sağ gözyuvasıətrafı nahiyənin qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli 2504 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 burun sümüyünün qapalı, xətti sınığı; sağ qaş nahiyəsinin sağ üst göz qapağına keçən əzilmiş-cırılmış yarası; üst dodağın və sağ baldırın əzilmiş yaraları; alın və burun nahiyələrinin, sol diz oynağı nahiyəsinin sıyrıqları; döş qəfəsinin və sol qarınüstü nahiyənin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 04 dekabr 2025-ci «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 15 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM- 32.1.1), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini (İXM-32.1.7) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar