Məhkəmə qərarları › İş №3(008)-6803/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6803/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6803/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X4 qızının katibliyi ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 13:55 radələrində idarə etdiyi “BYD QİN PLUG-İN HİBRİD minik” markalı **- SQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Məmmədli qəsəbəsi ünvanında hərəkətdə olarkən Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana, barəsində protokol tərtib edilmiş şəxsə və zərərçəkmiş şəxsə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 2507 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ ənsə nahiyəsinin dərialtı hematoması, sağ yuxarı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu və sağ dirsək oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 01 dekabr 2025-ci il tarixli qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər aldıqlarından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı ilə əlaqədar şikayətlərinin olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatından görünür ki, o BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 13.35 radələrində o etibarnamə əsasında idarə etdiyi BYD markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Pirşağı yolunda üzü Zabrat qəsəbəsi istiqamətində sağ tərəfdən birinci zolaqla təxminən 30-40 km saat sürətlə hərəkətdə olarkən piyada zolağında yolun sol hissəsindən sağ hissəsində doğru adi yerişlə keçən qadın cinsli piyadanı gördükdə əyləcdən istifadə edib sükanı sağa doğru istiqamətləndirmişdir. Həmin vaxtı idarə etdiyi avtomobilin sol yan güzgüsü qadın cinsli piyadaya dəydikə zərbədən qadın cinsli şəxs yerə yıxılıraq YNH-i baş vermişdi. Hadisədən dərhal sonra avtomobildən düşüb ona yaxınlaşaraq köməklik edib və hər hansı xəsarət alması barədə maraqlanmamışdır. O heç bir xəsarətinin olmamasını bildirmişdi. Bundan sonra hadisə yerindən çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə bununla bağlı Sabunçu RPİ-nə dəvət olunmuşdur.Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu 2 gediş və 2 gəliş olmaqla, iki istiqamətli, 4 zolaqlı, düz, hamar, yol nişanları və maksimum 50 km saat sürətlə ilə tənzimlənən yoldur. İdarə etdiyi BYD markalı **-SQ-*** d.q.n-lı avtomobilin yük hissəsində hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi BYD markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuşdu. İdarə etdiyi BYD markalı 99- SQ-836 dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan hadisədən qabaq heç bir spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Baş vermiş YNH-i barədə vətəndaşın ciddi xəsarətinin olmamasını düşünərək, ona yaxınlaşıb maraqlandıqdan sonra hadisə yerindən çıxıb getmişdir; Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:55 radələrində o Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Pirşağı yolundə yerlşən «Ekonom» marketin qarşısında piyada zolaqla yolun digər hissəsinə adi yerişlə keçərkən anidən həmin yol ilə üzü Zabrat qəsəbəsi istiqamətində sağ tərəfdən birinci zolaqla hərəkətdə olan ağ rəngli BYD markalı 99-SQ- 836 (936) dövlət qeydiyyat nişanlı avtomobil gözləmədən hərəkətinə davam edərək sol yan güzgüsü ilə onu vurduqda, zərbədən fırlanıb yerə doğru yıxılaraq YNH-i baş vermişdi. Hadisə zamanı avtomobili idarə edən təxminən 35-40 yaşlı dolu bədən qurluşlu, sacları olmayan kişi cinsli şəxs yaxınlaşaraq xəsarəti barədə maraqlanmışdı. O da həyacanlı olduğu üçün ona bir o qədər əhəmiyyət verməmişdir.Bir qədər sonra hadisə yerindən durub evə getmişdir. Hadisə bir nec gün sonra bədənində ağrılar artıdğı üçün xx.xx.2025-ci il tarixdə DİN-nin 102 zəng mərkəzi sisteminə zəng vuraraq məlumat vermişdi, eyni zamanda X3 gedərək müayinə olunmuşdur. Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu 2 gediş və 2 gəliş olmaqla, iki istiqamətli, 4 zolaqlı, düz, hamar, yol nişanları və maksimum 50 km saat sürətlə ilə tənzimlənən yoldur. Hadisə zamanı rəfiqəsi Sədaqət Əlibaxışova yolun digər hissəindən onu gözlədiyi üçün hadisəni tam görmüşdür. Sürücünün yanında kimlərin olmasını görməmişdir. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 12 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanı törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar