Məhkəmə qərarları › İş №3(008)-6806/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6806/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6806/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 qızının katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləyən, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 13:00 radələrində idarə etdiyi “BYD SEAL 05 PLUG-İN HİBRİD MİNİK” markalı **-QD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində hərəkətdə olarkən xx.xx.2016-cı il təvllüdlü Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 2562 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol baldır nahiyəsinin dərialtı hematoması; sağ diz oynağı nahiyəsinin sıyrıqları; sağ said nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Məhəmmədəli Fətəliyev «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 06 dekabr 2025-ci il tarixli qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər aldıqlarından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı ilə əlaqədar şikayətlərinin olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Notariat qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, **********188 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur; Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 23 noyabr 2025-ci il tarixli izahatından görünür ki, o "BC" kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 13.00 radələrində o etibarnamə əsasında idarə etdiyi «BYD» markalı **-QD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40 km/saat sürəti ilə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Anaşkin küçəsi ile bir gədişli və bir gedişli yolda hərəkətdə olduğu zaman əks yolda dayanmış vəziyyətdə olan avtobusun arxasından çıxan piyada uşaq idarə etdiyi avtomobilin ön sol hissəsinə dəyərək yerə yıxılmışdır. O dərhal avtomobildən düşərək həmin piyada uşağa köməklik gösterib onu avtomobilə mindirərək xəstəxanaya aparmışdır. Orada ona ilkin yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə baş verən zaman avtomobildə bir nəfər tanımaığı qadın müştəri olmuşdur. Həmin gün avtomobilin ötürücü hissəsində nasazlıq olmuşdur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə 24 noyabr 2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman qohumu evə gələrək xx.xx.2016-cı ii təvəiiüdiü oğlu Zərərçəkmiş şəxs oğiunun yaxılması barədə ona məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğlu yıxılmayıb, onu Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Anaşkin küçəsi ilə yolu keçdiyi zaman BYD markalı ** QD *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur, sürücü oğlunu avtomobilinə mindirərək xəstəxanaya aparmışdır, orada ona köməklik göstərmişdir. Xəstəxanada oğluna ilkin tibbi yardım göstərildikdən sonra evə yuraxmışlar. Hadisə ilə bağlı şikayəti və tələbi yoxdur. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 17 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar