Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6867/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 09 yanvar 1986-cı il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mədən 9 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 23 dekabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli, 2(008)-2410/2009 saylı icra sənədinə əsasən Şəxs bir azyaşlı uşağının saxlanması üçün hər ay 70 manat sabit pul məbləği şəklində alimentin tutularaq X3 ödənilməsi qət edilmiş, lakin Şəxs aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, təxminən 02 ay öncə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində Şəxs barəsində AR İXM-nin 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmış, məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsə 2500 manat ödəniş etmiş və onlar şifahi şəkildə razılığa gəlmişlər ki, bundan sonra Şəxs hər ay zərərçəkmiş şəxsə 250 manat məbləğində ödəniş etsin. Ondan sonra Şəxs noyabr ayının əvvəlində 250 manat, bu gün isə 500 manat məbləğində zərərçəkmiş şəxsə ödəniş etmişdir. Yığılmış aliment borcunun əksər hissəsi Şəxs 06 il həbsdə olduğu dövrdə toplanmışdır. Bu gün zərərçəkmiş şəxs aliment borcunun tam ödənilməsini tələb etdiyindən inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, 06 il Rusiya Federasiyasında həbsdə olduğundan aliment borcu yığılmışdır. 02 ay bundan öncəki məhkəmə iclasında zərərçəkmiş şəxsə 2500 manat məbləğində aliment ödənişi edərək ayda 250 manat olmaqla ödəniş etmək barədə razılıq əldə etmişlər. Həmin vaxtdan etibarən zərərçəkmiş şəxsə ümumilikdə 750 manat ödəniş etmişdir. O, imkanı çatdığı qədər ödəniş edir və alimenti ödəməkdən boyun qaçırmır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli, 2(008)- 2410/2009 saylı icra sənədindən görünür ki, 07 iyun 2008-ci il təvəllüdlü X1 üçün cavabden İbrahimli anar İbrahim oğlundan 31 avqust 2009-cu il tarixdən başlayaraq hər ay 70 manat məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 12 iyul 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli, 2(008)-2410/2009 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs iş materiallarına əlavə edilmiş icra şöbəsində verdiyi izahatlarından görünür ki, o, alimenti tam olaraq Azərbaycan Republikası ərazisində olmadığından və maddi imkansızlığı səbəbindən ödəyə bilməmiş, aliment borcunu tam olmasa da, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İcra işində olan qəbzlərdən görünür ki, bu günədək Şəxs tərəfindən tələbkara 19 oktyabr 2022-ci il tarixdə 2500 manat, 2022-ci ilin noyabr ayında 250 manat, bu gün isə 500 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı icra məmuru Şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləğdən əvvəl 2750 manat, bu gün isə 500 manat olmaqla, ümumilikdə 3250 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında 06 il Rusiya Federasiyasında həbsdə olduğundan uzun müddət üzürlü səbəbdən alimenti ödəyə bilmədiyini, oktyabr ayında 2500 manat aliment ödənişi edərək tələbkarla ayda 250 manat ödəniş etmək barədə razılığa gəldiklərini, noyabr ayında 250 manat, bu isə 500 manat ödəniş etdiyini, rəsmi iş yerinin olmadığını, idman zalında işləyərək aldığı qazancın yarısını tələbkara ödədiyini bildirmiş və göstərilən xüsusatlar icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən 2750 manat məbləğində, bu gün 500 manat məbləğində ödəniş etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli və üzürsüz xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Bununla yanaşı, məhkəmə aliment borcunun məbləğinin bu qədər yığılmasına səbəb olan halın, yəni Şəxs uzun illər ərzində həbsdə olması ilə əlaqədar olaraq yığılmasının nəzərə alınmasını, bu halın üzürsüz səbəb kimi qiymətləndirilməsinin istisna edildiyini də vurğulayır. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun uzun illər ərzində həbsdə olmasına, hazırda rəsmi iş yerinin olmamasına baxmayaraq aliment məbləğində ödənişlər etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə aliment məbləğinin qismən də olsa ödəməsi təmin olunduğundan, onun tam məbləği ödəyə bilməməsinin səbəbi həbsdə olmasından və maddi imkansızlığından irəli gəldiyindən və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6867/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6867/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver