Məhkəmə qərarları › İş №3(008)-6871/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6871/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6871/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, X1nun iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şuşa şəhəri, Malıbəyli ərazi dairəsi, Malıbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan -Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 21 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şuşa Rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cəmi tutulmalı olan 8100 manat borcdan 3300 manat ödəsə də, qalan 4800 manat məbləği qərəzli olaraq ödəməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X8 göstərmişdir ki, borclu Şəxs Şuşa Rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 8100 manat borcun qalıq 4800 manat hissəsinin ödənilməsindən yayınır. Borclu bu günədək hissəli şəkildə 3300 manat ödəniş etmişdir. X1 isə icra vərəqəsində qeyd edilən məbləğin tam ödənilməsini tələb edir. Borclu Şəxs əmlakı ilə bağlı müvafiq orqanlara sorğular verilmiş, lakin mülkiyyətində hər hansı əmlak müəyyən edilməmişdir. Eyni zamanda borclunun rəsmi iş yer idə tərəflərindən müəyyən edilməmişdir. Ona görə də borclu Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən X1 izahatında göstərmişdir ki, o hazırda heç bir yerdə işləmir. Şəxs hazırki vaxta qədər borcundan hissəvi şəkildə ödənişlər edir, lakin ödənilən məbləğlər onu qane etmir. Belə ki, onun maddi vəziyyəti pis olduğu üçün icra vərəqəsində qeyd olunan məbləği bir dəfəyə əldə etmək zərurəti yaranmışdır. Bundan başqa icra sənədinin hissə-hissə icra olunması barədə məhkəmə qərarı da mövcud deyildir. Eləcə də borclu Şəxs icra sənədində qeyd olunan məbləği bir dəfəyə ödəməyə kifayət qədər imkanı vardır. Odur ki, Şəxs qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o hazırda heç bir yerdə işləmir. Lakin buna baxmayaraq borcunu ödəməkdən də imtina etmir. Onun məhkəmə qərarı ilə ödəməli olduğu 8100 manat borcundan hissəli şəkildə 3300 manat borc ödənilmişdir. Bundan sonra da tərəfindən qalıq məbləğ hər ay hissəli şəkildə ödəyəcəyinə söz verir. Göstərilənlərin nəzərə alınmasını və əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından barəsində inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, 12 yanvar 2023-cü il tarixli icra vərəqəsinə görünür ki, 8000 (səkkiz min) manat məbləğində əsas, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8100 (səkkiz min yüz) manat pulun zərərçəkmiş X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4009/2023 saylı, xx.xx.2023-cü tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1630/2023 saylı, xx.xx.2023-cü tarixli qərarının surətindən görünür ki, borclu Şəxs tərəfindən X1na 2000 manat ödəniş etmişdir. İcra sənədi üzrə X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 300 manat ödəniş edilmişdir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 400 manat ödəniş edilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 300 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və tələbkarın izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən- İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Şuşa Rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, 12 yanvar 2023-cü il tarixli icra vərəqəsində qeyd olunan tələbi icra etməməsi əsası ilə barəsində ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN № ******* saylı, 31 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilsə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4009/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilməyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan X1nun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1630/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı ilə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şikayəti təmin etməyərək Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, Şəxs qətnamənin icrasından imtina etmir, yaranmış borc məbləğindən 2000 manat Sabunçu rayon icra şöbəsinin depozit hesabına köçürmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Hazırki iş materiallarına nəzər yetirilərkən isə müəyyən olunur ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1630/2023 saylı, xx.xx.2023-cü tarixli qərarından sonra ki, 02 ay 21 gün ərzində 3 dəfə - xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə 300 manat cəmi, 1000 manat ödəniş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmır, odur ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar