Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6892/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X9 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi vəzifəli şəxs – “X5” LTDdə elektrik təchizatı üzrə mühəndis Şəxs tərəfindən elektrik dayağının təhlükəsiz istismarı və onun texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qayda” sının 1.2.1-ci bəndinin tələbi, həmçinin elektrik dayağında işçinin işləməsinə başlamazdan əvvəl dayağın kifayət qədər möhkəm və dayanıqlı olması yoxlanılmadan işçinin dayağa qalxmasına yol verildiyinə görə, “Elektrik və İstilik qurğularının istismarında təhlükəsizlik texnikası qayda” sının 3.2.13.2-ci bəndinin tələbini pozması nəticəsində ehtiyatsızlıqdan montyor X1 az ağır zərər vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Vəzifəli şəxs Şəxs barəsində İnzibatİ Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o 2008-ci ildən “X5” LTD-də montyor kimi fəaliyyətə başlamışdır. Hazırda isə elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri sexində elektrik təchizatı üzrə mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi həmin sexdə fəaliyyət göstərən 4 montyorun işinə və onların təhlükəsizlik qaydalarına riayət etməyə nəzarət, həmçinin sahənin təmizliyi, işçilərin işə davamiyyəti və s. İbarətdir. Onun qeyd etdiyi montyorlar başqa sexlərətəyin olunsa da, hər hansı bir iş görülən zaman onun sərəncamında olurlar. Hadisə baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə 2 saylı neft və qaz çıxarma sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektriki montyoru olan X8 və həmin sexdə işləyən digər montyor Əliyev Natiqlə birlikdə 0,4 kv-luq elektrik xəttinin yerini dəyişmək üçün işə başlamışdırlar. Təxminən 1 saat işlədikdən sonra, saat təxminən 11 radələrində bütün təhlükəsizlik avadanlıqları (təhlükəsizlik kəməri, dəbilqə, fərdi geyim vasitəsi, əlcək) ilə təchiz olunmuş Nəriman Əliyev təxminən 1 ay əvvəl ora basdırılmış dəmir dirəyin 4 metr hündürlükdə olan tutacağından tutub yuxarı qalxmaq istədikdə tutacaq qəfildən qırılmış və Nəriman təhlükəsizlik kəmərini dirəyə bqağlaya bilmədiyi üçün yerə yıxılmışdır. Çünki o, hər dəfə yerini təhlükəsizlik kəmərini çıxardıb yerini dəyişir, yoxsa başqa cür hündürlüyə çıxmaq mümkün deyildir. Nəriman yerə yıxıldığı zaman o, sex rəhbərinə telefon vasitəsilə məlumat vermişdir. Sonra təcili yardəm maşını gəlib Nərimanı xəstəxanaya aparmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, vəzifəli şəxs – “X5” LTD-də elektrik təchizatı üzrə mühəndislik Şəxs tərəfindən elektrik dayağının təhlükəsiz istismarı və onun texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qayda” sının 1.2.1-ci bəndinin tələbi, həmçinin elektrik dayağında işçinin işləməsinə başlamazdan əvvəl dayağın kifayət qədər möhkəm və dayanıqlı olması yoxlanılmadan işçinin dayağa qalxmasına yol verildiyinə görə, “Elektrik və İstilik qurğularının istismarında təhlükəsizlik texnikası qayda” sının 3.2.13.2-ci bəndinin tələbini pozması nəticəsində ehtiyatsızlıqdan montyor X1 az ağır zərər vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Vəzifəli şəxs Şəxs barəsində İnzibatİ Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır; X3 izahatından görünür ki, o 2006-cı ildən “X5” LTD-də montyor kimi fəaliyyətə başlamışdır. Hazırda isə 2 saylı neft və qaz çıxarma sexində elektrik avadanlıqlarının təmiri xidməti üzrə elektrik mantyoru vəzifəsində işləyir. Onun vəzifəsi şirkətdə təmirə ehtyacı olan elektrik avadanlıqlarınn təmirindən ibarətdir. O 5-ci dərəcəli elektrik mantyorudur. xx.xx.2024-cü il tarixdə işə gələndə iş rəhbəri Şəxs ona bildirdi ki, 1492 saylı quyunun yaxınlığında əvvəlcədən basdırılmış 7 metr hündürlüyündə olan elektrik dirəyinin altına qoyularaq cərəyan olmayan elektrik xəttinin dirəyinin üstünə qaldırılaraq qoyulması və bərkidilmə işlərini tapşıraraq hündürlükdə işləməyə dair təhlükəsizlik işləri mövzusunda iş öncəsi təlimat keçdi. Digər montyor Natiq əliyevlə birlikdə bu barədə müvafiq kitaba qol çəkdikdən sonra işləyəcəkləri əraziyə getmişdirlər. Natiqlə o işləmiş, Elçin isə onlara nəzarət etmişdir. Saat 10-11 arası dirəyə çıxmaq və düşmək üçün nəzərdə tutulan dəmir parçalardan tutacaq kimi istifadə edib yuxarı qalxmışdır. Sonuncu 2 qarmağa sol əlini atdıqda, güc verib yuxarı qalxmaq istədikdə həmin qarmaq dirəkdən qopmuş və o yerə yıxılmışdır. Zərbənin təsirindən dəbilqəsi qırılmışdır. Yerə düşərkən sağ tərəfdən xəsarət almışdır. Sonra onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışdırlar; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli 10/5996 nömrəli ekspert rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qayda”sının 1.2.1, 3.2.13.2, 3.2.13.9-cu bəndlərinin tələbləri pozulmuşdur. 2 saylı NQÇS-də 1492 saylı quyunun yaxınlığında yerləşən hadisə baş vermiş elektrik dayağının təhlükəsiz istismarı və onun texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qayda"sının 1.2.1 -ci bəndinin tələbi hadisə baş vermiş elektrik dayağının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etməli olan şəxs(-lər) tərəfindən pozulmuşdur (konkret şəxs(-lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Göstərilən normativ aktın tələbinin pozulması baş vermiş hadisənin texniki səbəbidir. 2 saylı NQÇS-də 1492 saylı quyunun yaxınlığında yerləşən hadisə baş vermiş elektrik dayağında işçinin işləməsinə başlamazdan əvvəl dayağın kifayət qədər möhkəm və dayanıqlı olması yoxlanılmadan işçinin dayağa qalxmasına yol verildiyinə görə, Elektrik və istilik- qurğularının istismarında təhlükəsizlik texnikası Qayda’'sının 3.2.13.2-ci bəndinin tələbi həmin işlərin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur. İşçi montyor X6 elektrik dayağına qalxarkən qorucu kəmərdən qaydalara uyğun istifadə etmədən öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qayda“sının 3.2.13.9-cu bəndinin təiəbı onun özü tərəfindən pozulmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 Sabunçu Rayon Şöbəsinin 25 iyul 2024-cü il tarixli 1784 saylı ekspert rəyindən görünür ki, vətəndaş X4 döş boşluğunda az miqdarda pnevmotoraksla (döş boşluğuna sərbəst havanın yığılması) və V, Vİ. Vİİ. Vİİİ. İX qabırğaların yerdəyişməyən, qapalı sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması: baş beyin silkələnməsi və qarın divarının yumşaq toxumaların əzilməsi müəyyən edildi. Xəsarətlər bərkit əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, Şəxs tərəfindən elektrik dayağının təhlükəsiz istismarı və onun texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyindən X2 az ağır zərər dəymişdir. Bununla da, ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6892/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6892/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver