Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6929/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi X10 qızının katibliyi, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Şəmkir şəhəri, Seyfəli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Gədəbəy şəhəri, Səməd Vurğun prospekti, ev 121-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Gəncə Apellyasiya Məhkəmənin 2(104)-658/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icrası ilə bağlı qanuni tələbini yerinə yetirməmişdir. Bu barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Şəxs Gəncə Apellyasiya Məhkəmənin 2(104)-658/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 Nicatdan alınıb anası X4 verilməsi ilə bağlı qanuni tələbin icrasına mane olmuşdur. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, uşağa 7 ildir ki özü baxır, anası bu illər ərzində heç vaxt uşaqla maraqlanmamışdır. Məhkəmə qərarı olmasına baxmayaraq uşağı tələbkara verməyəciyini bildirmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəmənin 2(104)-658/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 cavabdeh Şəxs qarşı uşaq tələbinə dair iddiası təmin edilməlidir. xx.xx.2017-ci il təvəllüdlü X5 cavabdehdən alınaraq iddiaçıya verilməsi 3 ay müddətində olmaqla, ümumillikdə 3 mərhələdə həyata keçirilməlidir. 03 noyabr 2017-ci il təvəllüdlü Ömür adlı uşaq ilk 1 ay müddətində hər həftənin şənbə və bazar günü saat 11:00-dan 18:00-dək, növbəti 1 ayda hər həftənin cümə, şənbə, və bazar günü saat 11:00-dan 18:00-dək, sonuncu 1 ayda isə hər şənbə günü saat 11:00-dan gec qalmaq şərti ilə bazar günü saat 18:00-dək iddiaçı X2 yanında saxlanılmalıdır. Həmin müddət başa çatdıqdan sonra 03 noyabr 2017-ci il təvəllüdlü Ömür adlı uşaq cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına dair icra vərəqəsinin verilməsindən 01 ildən artıq müddət keçmiş, lakin məhkəmə qətnaməsi icra olunmamış qalmışdır ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalmasına haqq qazandıran hal ola bilməz. Borclu icra sənədində qeyd edilən tələbkara verməyəciyini bildirməsi icra sənədinin icrasında qərəzli yayınma kimi qiymətləndirilməlidir. İş materiallarından da göründüyü kimi icra sənədi verildiyi müddətdə borclu onu dərhal icra etməsi mümkün olmasa da, sonradan icra sənədini könüllü icra etməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, borclu icra sənədini icra etməkdən qəsdən yayınır. Bu hal isə işin faktiki hallarından asılı olaraq əvvəl inzibati sonra isə cinayət məsuliyyətinə səbəb olan haldır. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-658/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqini icra etmək öhdəliyi daşımasına baxmayaraq, icra vərəqini qərəzli şəkildə icra etməkdən boyun qaçırmışdır. İcra sənədinin üzürlü səbəblərdən icra edilməməsinə dair iş materiallarında sübutlar olmamasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə aktına hörmətsiz yanaşaraq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bununla da, inzibati tənbehin məqsədinə nail olmaq, inzibati tənbeh, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alması istisna olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs kifayət qədər müddət ərzində Gəncə Apellyasiya Məhkəmənin 2(104)-658/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini tam icra etmədiyindən onun əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsin tərkibi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, himayəsində azyaşlı uşağın olmasını, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6929/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6929/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver