Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6930/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Cavid Həsənovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Cavid Həsənov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 08 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 08 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X2 ünvanına nalayiq ifadələr işlədərək, onun şəxsiyyətini alçaltmış və onu mütəmadi olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək narahat etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, təxminən 2 gün olar ki, Ayşə Nuriyeva adlı şəxsə mesaj yazaraq onu narahat etmiş, onunla qeyri-etik davranaraq nalayiq ifadələr işlətmişdir. Ayşə Nuriyeva onun barəsində polisə şikayət edəcəyini bildirsə belə o çəkinmədiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Cavid Həsənov protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq 08 oktyabr 2024-cü il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Cavid Həsənov tərəfindən tərtib olunmuş 08 oktyabr 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin qərarı əsasında İXM-nin 510-cu maddəsinin tələbləri pozulmuşdur; X3 izahatından görünür ki, 2 gün bundan qabaq Telegram tətbiqindən Fikrət adlı şəxs ona yazaraq təhsil aldığı Sosial-İqtisad kollecində onu gördüyünü və tanış olmaq istədiyini bildirmişdir. O ona etirazını bildirdikdə, onu İsntagram sosial şəbəkəsindən narahat etməyə başlamışdır. Fərqli hesablardan ona yazaraq qeyri-etik ifadələr işlətmiş və ona əxlaqsız təkliflər etmişdir. 07 oktyabr 2024-cü il tarixdə təhsil aldığı kollecdə dərs zamanı yenidən ona yazaraq və dəfələrlə zəng vuraraq onu narahat etmiş, hədələmiş və kollecdən kənarda onu gözlədiyini bildirmişdir. Həmin şəxsə onu polisə verəcəyini bildirdikdə, bundan çəkinmədiyini bildirmişdir. Onun bu əməlləri onda çox böyük psixoloji təsir yaratmışdır. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Ümid Qurbanlı və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektrou, polis baş leytenantı Cavid Həsənov tərəfindən tərtib edilmiş 07 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, 07 oktyabr 2024-cü il tarixdə saat 13:40 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov küçəsində, 13-cü Polis Şöbəsinə 07 oktyabr 2024-cü il tarixdə 49-2/1-N11126 nömrəli daxil olmuş şikayət barəsində şikayət əraizəsi ilə bağlı vətəndaşa yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin şəxsə barəsində şikayət ərizəsi daxil olduğunu bildirdimiş və həmin şəxsi 13-cü Polis Şöbəsinə dəvət etmişdirlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1994-cü il təvəllüdlü Şəxsdur; Sosial şəbəkədən əldə edilmiş yazışmalaradan görünür ki, Şəxs X5 mesaj yazaraq onu narahat etmiş, onunla qeyri-etik davranaraq nalayiq ifadələr işlətmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan yazışmalardan və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs X2 ünvanına nalayiq ifadələr işlətmiş və onun şəxsiyyətini alçaldaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 07 oktyabr 2024-cü il tarixdə protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «07» oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 07 oktyabr 2024-cü il tarixdə hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6930/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6930/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver