Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6977/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən – Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsaslanaraq tərtib edilmiş inzibati material baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iş materialları bu səbəblərə görə aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, müvafiq hadisə Nərimanov rayonu, Z.Bünyadov prospektində baş verib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İşin faktik hallarından görünür ki, inzibati xəta Nərimanov rayonu, Z.Bünyadov prospektində baş vermişdir. Belə olan halda, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsini nəzərə alınmaqla Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında iş materiallarına Sabunçu Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə, yəni Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6977/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6977/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver