Məhkəmə qərarları › İş №3(008)-6992/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6992/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6992/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən MN № ******* saylı, 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş məktubdan görünür ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tərtib edilmiş 14 noyabr 2023-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş materialları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Hakim:Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar