Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6995/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru İlqar Ağayevin, zərərçəkmiş şəxs Aytən Hüseynovinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 10 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(008)-2153/2021 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat məbləğində aliment Aytən Hüseynovinə ödənilməlidir. Hazırda Şəxs 5900 manat məbləğində aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru İlqar Ağayev tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Aytən Hüseynovi izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2024-cü il tarixli, 2(008)-2153/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs onun xeyrinə, 26 fevral 2017-ci il təvəllüdlü Guseinovi Miriusipin yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 fevral 2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. 04 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs aliment borcu olduğunu və həmin borcun ona tam şəkildə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Bundan sonra Şəxs 1800 manat məbləğində ödəniş etmişdir. Hazırda 5900 manat məbləğində aliment borcu qalmışdır. Hazırda qalan aliment borcunun ona ödənilməsini tələb edir.Boşandıqdan sonra Şəxsla ümumiyyətlə ünsiyyət saxlamamış, onu yalnız sentyabr ayında görmüş, aliment barədə məhkəmə qərarından məlumatı olmuş, bundan sonra icra şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2024-cü il tarixli, 2(008)-2153/2021 saylı icra sənədinə əsasən ondan iddiaçı Aytən Hüseynovinin xeyrinə, 26 fevral 2017-ci il təvəllüdlü Guseinovi Miriusipin yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 fevral 2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Alimentin ödənilməsi ilə bağı icra məmuru tərəfindən məlumat verilsə də, tələbkarın olduğu yer və bank kartı barədə məlumat əldə edə bilmədiyindən ödəniş edə bilməmişdir. Sentyabr ayında tələbkar icra şöbəsinə müraciət etmiş, bundan sonra onun bank kartı barədə məlumatlarını götürərək 1 ay ərzində aliment borcundan 1800 manat məbləğində ödəniş etmişdir. Hazırda 5900 manat məbləğində aliment borcu qalmışdır. 3 ay ərzində qalan borcu ödəyəcəkdir. Qalan aliment borcunu ödəməkdən boyun qaçırmır. Alimenti ödəyə bilməməsini səbəbi zərərçəkmiş şəxsin Azərbaycan Respublikası vətəndaşı olmaması, daimi yaşayış yerini olmamması, onun yerini müəyyənləşdirərək ödənişi hansı üsulla ödəyəcəyi barədə məlumatı olmaması olmuşdur. Odur ki, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2024-cü il tarixli, 2(008)- 2153/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı Aytən Hüseynovinin xeyrinə, 26 fevral 2017-ci il təvəllüdlü Guseinovi Miriusipin yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 fevral 2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, 27 aprel 2024-cü il tarixli, 2(008)-2153/2021 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Aytən Hüseynovi alimentin ödənilməsi ilə bağlı Sabunçu rayon icra şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs izahatından göründüyü kimi, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra zərərçəkmiş şəxsin olduğu yer barədə və ban kartı rekvizitləri barədə məlumat ələd edə bilməmiş, buna görə də aliment borcunu ödəyə bilməmişdir. Bu hal iş üzrə zərərçəkmiş şəxs Aytən Hüseynovi tərəfindəndə təsdiq edilmişdir. Şəxs zərərçəkmiş şəxs Aytən Hüseynovi barədə məlumatı sentyabr ayında əldə etmiş, həmin vaxtdan 1 ay ərzində aliment borcundan 1800 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6995/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6995/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver