1 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7027/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 məhkəməyə müraciət edərək barəsində AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 tərəfindən inzibati qaydada cərimələnmişəm. X7 tərəfindən 11,07.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar mənə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Həmin Qərarda mən inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimələndiyim göstərilmişdir. Qərarda müəyyən edilib ki, guya mən “Qarabağ və Şərqi Zəngəzur” İqtisadi rayonunda əmək müqaviləsi qüvvəyə minmədən işçiləri işlərin (xidmətlərin) görüləməsinə cəlb etmişəm. Bununla da inzibati xətaya yol vermişəm. X7 tərəfindən barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Beləki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 4683/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Elnurə Rəcəbova) hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin apellyasiya şikayəti verimişldir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1892/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsi faktı öz təsdiqini tapmamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti adı çəkilən MMC-nin vəzifəli şəxsi olaraq onu əsassız olaraq inzibati qaydada cərimələmişdir. Əgər məhkəmə qaydasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətmədiyi müəyyən edilərsə mənim cərimə olunmağın necə olacaq. X7 Xidməti əsassız və qanunsuz cərimələr yazmaqla sahibkarlıq fəaliyyətinə maneələr törədir. Bildirirəm ki, biz subpodratçı şirkətik. Ağdam şəhərində evlərin təmiri ilə məşğul oluruq. Bizimlə əmək müqaviləsi bağlamış şəxsləri işğaldan azad olunan ərizlərə gedə bilmələri üçün “ana şirkət” 2 "icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçirir. Həmin “ana şirkəfdə bizim artıq əmək müqaviləsinə xitam verdiyimiz işçiləri də yenidən əmək müqavilələrinə xitam verildiyi halda "icaze.e-gov.az” portalından qeydiyyatdan keçirib. xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda adları göstərilən işçilərin qeyd olunan tarixə artıq xitam olunmuş müqavilərləri olub, "icaze.e-gov.az” portalından qeydiyyatdan keçirmək və portalda qeydiyyata xitam vermək kimi səlahiyyətmiz yoxdur. Qərarda adları qeyd olunan şəxslərin adları portalda olsa da faktiki olaraq onlar “Qarabağ və Şərqi Zəngəzur” İqtisadi rayonunda olmayıblar və işlərə cəlb edilməyiblər. Bizim də portala xitam vermək kimi səlahiyyətmiz olmadığndan biz onların adını potaldan çıxara bilmirik. Bu işi görən “ana şirkətə” məlumat vermişik. Və həmin şirkətdə əmək müqaviləsinə xitam verilmiş şəxsləri portaldan çıxarmadığı üçün, inzibati qayda da 25 min manat cərimələnib. X3 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı qanunsuz və əsassız olduğuna görə, ləğv edilməlidir. Belə ki, İXM-nin 100-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin maddənin ikinci bəndinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan başqa inzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinin tələbləri X7 tərəfindən pozulmuşdur. Qeyd olunmuşdur ki, vətəndaşın eyni vaxtda eyni predimet üzrə məhkəməyə müraciət etdiyini nəzərə alaraq inzibati icraatın dayandırılması zəruridir. Eyni mübahisə üzrə yalnız məhkəmənin icraatında olan iş üzrə qərar verilə bilər. X7 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmədən barəsində AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş AR ƏƏSMN yanında X7 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonunda giriş informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi almış X2 xx.xx.2024-cü il tarixdən, X1 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1892/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hüquqi şəxs "xxxx" MMC barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 3 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4893/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1892/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, eyni inzibati xəta üzrə yəni, “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonunda giriş informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad olunmuş ərazilərdə iş icazəsi almış X2 xx.xx.2024-cü il tarixdən, X1 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxs "xxxx" MMC-nin barəsində AR İXM-nin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4893/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni fakt üzrə hüquqi şəxs "xxxx" MMC barəsində məhkəmənin inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərarı olduğundan hüquqi şəxsin direktoru X9 barəsində AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, 4 ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 barəsində AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7027/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7027/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver