Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-703/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, X4 Sracəddin oğlunun, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, xx.xx.1951-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 000194 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 000194 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə olunmuş, X3 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X3 şikayəti onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, 000194 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh növündə 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. O həmin qərarın mövcudluğundan tam məlumatsızdır. xx xxxx 2020-ci il tarixində Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə çağırıldıqda həmin qərarın surətinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, 000194 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, X9 ilə əmək müqaviləsi bağlamadan, hüquqi qüvvəyə minmədən müəyyən işləri yerinə yetirmişdir. Halbuki o Vüsal Qurbanov adlı şəxsi ümumiyyətlə tanımır. Digər tərəfdən 2015-ci il tarixində o, sahibkarlıq fəaliyyətini dayandırmışdır. Onun adına olan VÖEN də bağlanmışdır. Bununla bağlı Vergilər Nazirliyi yanında Bakı Şəhəri X10 Üzrə Baş İdarə tərəfindən verilmiş fəaliyyətinin dayandırılması barədə arayışı şikayət ərizəsinə əlavə etmişdir. 2015-ci il tarixində onun sahibkarlıq fəaliyyəti dayandırılmış olduğu halda, hansı əsaslarla ona 2017-ci ilin avqust ayında əmək müqaviləsi bağlanmadan işçiyə işlər gördürməyinə görə cərimə yazıla bilərdir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, 000194 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və ləğv edilməlidir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qərarı qəbul edən orqan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində inzibati xəta tərkibinin bütün əlamətlərini kifayət qədər araşdırmamış, nəticədə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir Məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 qərarın qanuni olduğunu bildirərək, onlarda bu işlə bağlı sənədlərin olmadığını, şikayətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 şikayəti təmin edilməli və barəsində qəbul edilmiş 000194 saylı, xx xxxxxx 2017-ci il tarixli qərar ləğv edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X10 Üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********6431100 saylı məktubundan görünür ki, X1 fəaliyyəti xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayanıdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunanX2 təqsirli olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsaslıdır və X1 fəaliyyəti xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayanıdırıldığı halda o, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 000194 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 3000 (üç min) manat cərimə olunması barədə qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1, 114, 128-130cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 000194 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-703/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-703/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver