Məhkəmə qərarları › İş №3(008)-7047/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7047/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7047/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X9 qızının katibliyi, X1, Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokola əsasən qəbul edilmiş qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoluna əsasən qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, atası X5 məxsus olan onun tərəfdən etibarnamə ilə idarə etdiyi Mercedes E 240 markalı minik Az** SZ *** dövlət nişanlı avtomobilmə (Qoşma N°1 və N°2) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X13 Xidmətinin ona məlum olmayan əməkdaşları tərəfindən xx.xx.2024 cü il tarixində saat 10:32:41-də Sabunçu rayonu Kürdaxanı yolunda Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə protokol tərtib edilmişdir. Protokola görə yüz əlli manat və 4 bal cərimə olunmuşdur. Qeyd olunan protokoldan xx.xx.2024 cü il tarixində mobil telefonundakı tətdbiq vasitəsi ilə xəbər tutmumuşdur. xx.xx.2024 cü il tarixində İXP ******* protokol qərarsız qeyd olunmuşdur. xx.xx.2024 cü il tarixində qeyd olunan protokolun əsasız olduqu ücün Daxili işlər X11 Eyvazova müraciəti olmuşdur və müraciəti araşdırılmamış ona heç bir rəsmi cavab verilməmişdir. xx.xx.2024 cü il tarixində mobil telefonundakı tədbiq vasitəsi ilə qeyd olunan protokolun qərarlı olduqu ona məlum olmuşdur. Buna baxmayaraq İnzibati xətanı törədməyim barədə hec bir subut edici foto şəkil video yoxdur. Budan əlavə protokolun tərtib olunduqu ünvan, ərazi və yer uzun müddətdir ki, Dövlət proqramına əsasən TUNEL TİKİNTİ SERVİS MMC tərəfindən təmir və yenidən qurma işləri aparılır yol bir tərəfli bağlanmış,buna görədə protoklda qeyd olunan ünvan, ərazi və yerdə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmək, habelə üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmək ücün əksinə sola hərəkət ox işarəsi qoyulmuşdur. Hec bir qadağan edici işarə olmamışdır. Buna görə də hesab edir ki, X13 Xidmətinin ona məlum olmayan əməkdaşları tərəfindən xx.xx.2024 cü il tarixində saat 10:32:41-də Sabunçu rayonu Kürdaxanı yolunda Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 327.4 1.1,1.3 və1.11 tam əsasız və qanuna ziddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X13 Xidmətinin xx.xx.2024 cü il tarixli İXP ******* protokoluna əsasən qəbul etdiyi qərarı ləvğ edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokola əsasən qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, barəsində qərar çıxarılmış X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoluna əsasən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mercedes-Benz E240 minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Alim Abbasov 1.1. 1.3, 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçərək nəqliyyat axının əks istiqamətdə hərəkət edərək qayda pozuntusuna yol vermişdir. Bu faktı aşkar etmiş YPX inspektoru polis baş serjantı Vüqar Abbasov raportla məruzə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 10:32-radələrində piyada xidmət apararkən Mercedes-Benz E240 minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qayda pozuntusunu bilavasitə aşkar etmiş lakin onu saxlaya bilməmişdir, onun barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra raporta əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən inzibati araşdırma başlanılaraq araşdırma aparılmış, fakt təsdiqini tapdığından inzibati xəta haqqında protokol və tənbeh vermə haqqında qərar qəbul eilmişdir. Araşdırma zamanı həmin ərazidə olan DİN Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasına baxış keçirilərkən qayda pozuntusu öz təsdiqini tapmışdır. X4 yol hərəkəti qaydalarını pozması ilə bağlı videogörüntü təqdim edərək bildirmişdir ki, Alim Abbasovun şikayəti əsassızdır onun barəsində qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılması barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayətçini, Protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X6 Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokola əsasən qəbul edilmiş qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokola əsasən qəbul edilmiş qərardan görünür ki, X4 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokola əsasən qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Təqdim edilmiş videogörüntüyə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokola əsasən qəbul edilmiş qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokola əsasən qəbul edilmiş qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar