Məhkəmə qərarları › İş №3(008)-7049/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7049/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7049/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B,ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 11 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1124.75 manat borc və 30 manat dövlət rüsumu tutularaq X3 ödənilməlidir. Qeyd edilən vəsait barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən üzrlü səbəbdən ödənilməmişdir. Bununla da Dadaşov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs icra sənədi üzrə borcu ödəməmişdir. Cəmi 1 dəfə 225 manat əmək haqqından tutulma olmuşdur. Ondan sonra işdən çıxmışdır. Qeyd olunan icra sənədi üzrə bü günə olan borcu 929 manat təşkil edir. Tələbkar borcun ödənilməsini tələb edir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, özü epilepsiya xəstəliyindən əziyyət çəkir. 1991-ci il və 1993-cü ildə beynində olan kistalarla bağlı iki dəfə cərrahi əməliyyat keçirmişdir. 12 saylı şəhər Poliklinikasında psixiatriya şöbəsində qeydiyyatdadır. İİ qrup əllil olmuşdur. Sonradan sürücülük vəsiqəsi aldığı üçün əlillik ləğv olunmuşdur. Respublika Psixiatriya xəstəxanasında müalicə də olmuşdur. Sadəcə sürücülük vəsiqəsi olduğu üçün onun əlliyini bərpa etməmişlər. Yol nəqliyyat hadisəsini törədərkən də tutması baş vermişdir. Hazırda ona təyin olunan borcu ödəməyə maddi imkanı yoxdur. Səhhətinə görə onu heç yerdə işə qəbul etmirlər. Həyatında ilk dəfə 40 yaşında işə düzəlmişdir. Orada da epilepsiya tutması olduğu üçün işdən çıxarılmışdır. Atasının aldığı pensiya ilə dolanırlar. İcra sənədini icra etməməkdə qərəzli olmamışdır. Maddi vəziyyəti imkan vermədiyi üçün borcunu ödəyə bilməmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(008)-3439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq qalıq 775.5 manat, göstərilmiş hüquqi xidmətə görə 330 manat, təmsil edilməsi ilə əlaqədar çəkdiyi xərcin əvəzi əvəzi olaraq 17,25 manat və ödənilmiş dövlət rüsumuna əvəzi olaraq 30 manat, cəmi 1154,75 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-3439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan Neyrocərrahlıq xəstəxanası tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli epikrizin surətindən görünür ki, Şəxs 1991-ci ildə və 1993-cü ildə sol gicgah nahiyəsində kistasının xaric edilməsi əməliyyatı icra olunmuşdur. 3 nömrəli şəhər klinik xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020ci il tarixli MRT müayinəsinin protokolundan görünür ki, beynin sol yarımkürəsində gicgah payda ətrafında qlioz dəyişikliyi olan 23x60 mm ölçüsündə kortikal kist aşkar olunur, bu səviyyədə gicgah sümüyündə trepanasiya əməliyyatına uyğun görüntü qeyd edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə Şəxs borcundan 225 manat ödəniş etməsini, maddi vaziyyətini, xəstəliyini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qərarını icra etməməsi icra sənədinin icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirilə bilər. Hazırki halda isə icra məmuru tərəfindən tərtib olunan inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanın olmasına baxmayaraq icra sənədini icra etməməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa borclu barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda işə baxılarkən həmin vaxt müəyyən olunanlardan fərqli, yəni borclunun inzibati məsuliyyətə cəlb olunmasına əsas verəcək yeni hallar müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar