Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7060/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X4 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin Direktoru kimi vəzifəli şəxs X11 barəsində AR İXM-nin 192.4-ci və 198.1.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN No ******* saylı Protokol qəbul edilmişdir. İnzibati xəta haqqında protokoldan sonra həmin Protokol əsasında xx.xx.2024-cü il tarixində X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin Direktoru kimi vəzifəli şəxs X11 barəsində AR İXM-nin 192.4-ci və 198.1.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN No ******* saylı İnzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilməsi müddəti 10 gün ərzində nəzərdə tutulmuşdur və məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, tərəfimizdən müvafiq qərarın surəti poçt vasitəsilə xx.xx.2024-cü il tarixində alınmışdır. Hesab edirik ki, X11 barəsində tərtib edilmiş MN No ******* saylı xx.xx.2024-cü il tarixli protokol və bunun nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN No ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və qərəzli şəkildə qəbul edilmişdir. Qəbul edilmiş qərar tamamilə əsassızdır və hesab edirik ki, pozuntusu iddia edilən maddənin norması əmələ münasibətdə düzgün tövsif edilməmişdir. Buna görə də həmin qərar əməldə inzibati xətanın tərkibi olmadığı üçün ləğv edilməlidir. "xxxx" MMCnin sabiq işçisi olan X5, onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsindən narazı qalmış, bundan sonra qərəzli olaraq müxtəlif dövlət qurumlarına əsassız şikayətlər ünvanlamağa başlamışdır. Həmin şikayətlərlə bağlı araşdırma aparan X9 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" MMC-dən adıçəkilən işçinin məzuniyyətə çıxması və ona müvafiq ödəmələrin həyata keçirilməsi ilə bağlı sənədlər tələb etmiş və tərəfindən həmin sənədlər tam həcmdə təqdim olunmuşdur. Sözügedən sənədlərə nəzər yetirdikdə, işçi X3 məzuniyyət hüquqları daxil olmaqla bütün hüquqlarının lazımi qaydada tərəfimizdən təmin olunması, eləcə də ödənilməli olan vəsaitlərin tam həcmdə ödənildiyinin şahidi oluruq. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul edən X9 Xidmətinin Bakı şəhər İdarəsi əsassız olaraq hesab etmişdir ki, işçinin məzuniyyət haqqlarının ödənilməsində qanun pozuntularına yol verilmiş və işçi onun razılığı olmadan iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuşdur. İşçinin məzuniyyət hüquqları təmin edilərkən bütün rəsmiləşdirmə və ödəmələrin aparılması qaydalarına riayət olunmuşdur. Belə ki, işçinin müvafiq ərizəsi, əmr tərtib olunmuş, məzuniyyətin günlərinə müvafiq olaraq hesablanmış haqq isə tam həcmdə ödənilmişdir. Əlavə olaraq bildiririk ki, müvafiq ödəmələri icra edən qurum bank olduğundan, şirkət tərəfindən isə yalnız həmin banka müvafiq ödəmələrin aparılması üçün tapşırıqlar göndərildiyindən, həmin ödəmələrdə bir qədər gecikmələrin olmasına görə şirkət və ya onun vəzifəli şəxsinin məsuliyyət daşıması əsassızdır. Eyni zamanda, Əmək Məcəlləsinin 140-cı maddəsinin 6-cı hissəsində əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilməsi göstərilmişdir. Normanın məzmunundan göründüyü kimi, işəgötürən tərəfindən məzuniyyət vaxtı üçün orta əmək haqqının ödənilməsinin müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilməsi kimi halların olmasına da yol verilir və buna görə də qeyd olunan hal pozuntu kimi hesab edilə bilməz. Bundan əlavə, işçi 3 dəfə məzuniyyət hüququndan istifadə etsə də, həmin normanın məzmununda nəzərdə tutulmuş hüququndan istifadə etməmişdir və bununla bağlı hər hansı şikayət bildirməmişdir. Hesab edirik ki, İXM-nin 192.4-cü maddəsinin dispozisiyasında göstərilmiş əməl heç də inzibati xəta haqqında işə baxan X9 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi qənaətə uyğun olaraq ƏM-nin 140.5-ci maddəsində göstərilmiş hərəkətləri nəzərdə tutmur. İşçinin razılığı olmadan iş vaxtından əlavə saatlara cəlb olunması ilə bağlı məsələyə münasibətdə bildiririk ki, işçi heç də məcbur qaydada və ya onun iradəsinə zidd olaraq hər hansı əlavə iş saatlarına cəlb olunmamış, bir çox hallarda öz arzusu ilə həmin əlavə saatları işləmiş və bunun müqabilində əlavə saatlara görə ödənilməli olan vəsaiti də tam həcmdə almışdır. İşçinin “Tabel və əmək haqqı cədvəli”nə və əmək haqqı köçürmələri ilə bağlı ABB tərəfindən verilmiş arayışa nəzər yetirdikdə məlum olur ki, işçi heç də şikayətində bildirdiyi kimi 40 saat əvəzinə hər həftə 48 saat işləməmiş, hər ay müxtəlif saatlarda əlavə iş saatları işləmiş və bəzi aylarda isə ümumiyyətlə həmin əlavə saatlar olmamış, həmin saatların sayma müvafiq olaraq isə bütün ödənişlər tam həcmdə işçiyə ödənilmişdir. İşçi müəssisədə işlədiyi 1 (bir) il müddətində heç bir vaxt bununla bağlı öz etirazını bildirməmiş və ya hər hansı aidiyyati qurumlara şikayət ünvanlamamış, yalnız əmək müqaviləsinə xitam verildikdən sonra qərəzli olaraq cəfəngiyat xarakterli bu cür şikayətlər verməyə başlamışdır. Hesab edirik ki, X9 Xidmətinin Bakı şəhər İdarəsinin sözügedən məsələ ilə bağlı da mövqeyi əsassız olmuşdur. X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-inn direktoru kimi vəzifəli şəxs X11 barəsində AR İXM-nin 192.4-cü və 198.1.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında xx.xx.2024-cü il tarixli MN No ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X8 izahatında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb olmuş sənədləri məhkəməyə təqdim edərək xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını bildirərək şikayətin təmin olumamasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X10 Alik oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X7 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 şəxsi razılığı olmadan Azərbaycan Respublikası ƏM-nin 99-cu maddəsinin tələbləri pozularaq iş vaxtından artıq işlərin görülməsinə cəlb edilmiş, eyni zamanda həmin Məcəllənin tələbləri pozularaq (ƏM-nin 140.5-ci maddəsi) xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyətinə çıxmasına baxmayaraq ona məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı gecikdirilərək müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində ödənilmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirşindən görünür ki, X3 "xxxx" MMC-nin Energetika şöbəsinin 5-ci dərəcəli elektriki vəzifəsində çalışması ilə bağlı xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır. 77-22/K əmrdən görünür ki, X3 ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə 01 gün müddətinə əmək məzuniyyəti verilmişdir. 80-07/K əmrdən görünür ki, X3 ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə 14 gün müddətinə əmək məzuniyyəti verilmişdir. 105-88/K əmrdən görünür ki, X3 ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə 01 gün müddətinə əmək məzuniyyəti verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 136-38/K nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin Energetika şöbəsinin 5-ci dərəcəli elektriki X5 ilə bağlanılmış 12BTW29000400 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bank məlumatlarından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli məzuniyyət üçün haqq xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli məzuniyyət üçün haqq xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli məzuniyyət üçün haqq xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 140.5-ci maddəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarına əsasən X7 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsində şikayətçi göstərmişdir ki, işçi X3 məzuniyyət hüquqları daxil olmaqla bütün hüquqlarının lazımi qaydada tərəfimizdən təmin olunması, eləcə də ödənilməli olan vəsaitlərin tam həcmdə ödənildiyinin şahidi oluruq. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul edən X9 Xidmətinin Bakı şəhər İdarəsi əsassız olaraq hesab etmişdir ki, işçinin məzuniyyət haqqlarının ödənilməsində qanun pozuntularına yol verilmiş və işçi onun razılığı olmadan iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuşdur. İşçinin məzuniyyət hüquqları təmin edilərkən bütün rəsmiləşdirmə və ödəmələrin aparılması qaydalarına riayət olunmuşdur. Belə ki, işçinin müvafiq ərizəsi, əmr tərtib olunmuş, məzuniyyətin günlərinə müvafiq olaraq hesablanmış haqq isə tam həcmdə ödənilmişdir. Əlavə olaraq bildiririk ki, müvafiq ödəmələri icra edən qurum bank olduğundan, şirkət tərəfindən isə yalnız həmin banka müvafiq ödəmələrin aparılması üçün tapşırıqlar göndərildiyindən, həmin ödəmələrdə bir qədər gecikmələrin olmasına görə şirkət və ya onun vəzifəli şəxsinin məsuliyyət daşıması əsassızdır. Təqdim olunmuş bank məlumatlarından çıxarışdan görünür ki, işçi X5 xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyətinə çıxmasına baxmayaraq, Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbləri pozularaq, xx.xx.2024-cü il tarixli məzuniyyət üçün haqq xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli məzuniyyət üçün haqq xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli məzuniyyət üçün haqq xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X7 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Regional Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7060/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7060/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver