Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7068/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin qəbul etdiyi 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində 08 oktyabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin direktoru X4 tərəfindən vətəndaş X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənisinin 68.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilsə də, son haqq hesabı ödənilmədiyindən "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 900 (doqquz yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Mehman İsgəndərovun "xxxx" MMC-də baş mühasib vəzifəsində adı getsə də, o, 2022-ci ilin avqust ayından 2023-cü ilin oktyabr ayına qədər üst-üstə işə cəmi 10-15 dəfə 3-4 saatlıq gəlmişdir. Ona dializ xəstəliyinə tutulmasına və uzun illər şirkətdə işləməsinə görə əmək haqqısı ödənilmişdir. Bununla yanaşı şikayətçi sözügedən dövrdə işə gəlməməsinə dair bülleten təqdim edəcəyini bildirsə də, bunu etməmişdir. Sonda da öz ərizəsinə əsasən işdən azad edilməsini xahiş etmişdir. Belə olan halda, məlumdur ki, MMC heç bir inzibati xəta törətməmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarını əsassız və qanunsuz hesab edərək məhkəmədən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin nümayəndəsinə müvafiq qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilsə də, son haqq-hesabı ödənilməməsinə görə X4 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin “inzibati tənbeh vermə haqqında” 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə X3 şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin “inzibati tənbeh vermə haqqında” 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-7068/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7068/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver