Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7073/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 16 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4528/2021-007 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay 175 manat aliment tutularaq X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 ödənilməlidir. Hazırda Şəxs oğlunun 1750 manat məbləğində aliment borcu vardır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şəxs əvvəllər hər ay vaxtlı vaxtında aliment ödəsə də, dekabr ayından bu tərəfə aliment ödəməmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4528/2021-007 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat sabit məbləğdə aliment ondan tutularaq X2 ödənilməsi qərara alınmışdır. X2 olan aliment borcunu tam şəkildə ödəmişdir. Lakin ödənişi təsdiq edən qəbzləri itirdiyindən məhkəməyə təqdim edə bilmir. Hətta yayda uşağa bahalı geyimlər almış, həm uşağa həmçinin X2 dəfələrlə artıqlaması ilə pullar vermişdir. Verdikləri hesablansa aliment məbləğindəndə artıq məbləğ olduğu müəyyən edilər. Göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4528/2021-007 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat sabit məbləğdə aliment Şəxs tutularaq ona ödənilməsi qərara alınmışdır. Şəxs yayda uşağı üçün bahalı paltarlar almış, bir neçə dəfə ona və Tuncaya 500-600 manat məbləğində ödənişlər etmişdir. Lakin həmin məbləğin alimentlə əlaqəsi yoxdur, dekabr ayından bugünə Şəxs 1750 manat məbləğində aliment borcu qalmışdır. Həmin borcun ona tam şəkildə ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-4528/2021 saylı icra sənədinə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat sabit məbləğdə aliment ondan tutularaq X2 ödənilməsi, xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla 50 manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 ödənilməsi qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs oğluna göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, 14 iyun 2021-ci il tarixli, 2(011)-4528/2021 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək yayda artıqlaması ilə oğluna və keçmiş həyat yoldaşına pul ödədiyini göstərsə də, bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şəxs yayda uşağı üçün bahalı paltarlar almış, bir neçə dəfə ona və Tuncaya 500-600 manat məbləğində ödənişlər etmişdir. Lakin həmin məbləğin alimentlə əlaqəsi yoxdur, dekabr ayından bugünə Şəxs 1750 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə dekabr ayından bugünədək Şəxs tərəfindən aylıq aliment məbləğinin ödənilməsini təsdiq edən hər hansı sənəd olmamasını, zərərçəkmiş şəxsin ona verilən məbləğlərin aliment ödənişi kimi qəbul etməməsini, eləcə də işdə olan digər sənədləri nəzərə alaraq hesab edir ki, Şəxs oğlu Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-4528/2021 saylı icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu 16 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7073/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7073/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver