Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7078/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Fuad Qazıyevin iştirakları ilə, xx.xx.1986-cı ildə Şirvan rayonu rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi , Arablinka küçəsində yerləşən X1 işlədiyi “Araz” adlı marketdən 10 ədəd 200 manat dəyərində “Ankor” və 10 ədəd “Supersun” adlı konserv oğurlamışdır. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Fuad Qazıyev tərəfindən 16 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 6 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. Narkotik maddəyə olan təlabatını Bakı şəhərində marketlərdən oğurluq etməklə əldə edir. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində Bakıxanov qəsəbəsi, Arablinka küçəsində yerləşən “Araz” marketə daxil olmuşdur. Marketə daxil olduqdan sonra vitrində yerləşən 10 ədəd ankor və 10 ədəd konservaları gödəkçəsinin içərisinə qoyub mağazanı tərk etmişdir. Oğurladığı məhsulları Bakıxanov qəsəbəsində ayrı-ayrı tanımadığı şəxslərə 5 manatdan satmışdır. Əldə etdiyi pulları yemək və narkotik xərcləmişdir. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Fuad Qazıyev protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Fuad Qazıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Kənan Əliyev tərəfində tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə X3 DİN-nin 102 Zəng Xidməti Mərkəzinə və Sabunçu RPİ-nin 13cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişir ki, xx.xx.2024-cü il tarixdə işlədiyi mağazada olarkən vitrində yerləşən 10 ədəd “Ankor” yağının və 10 ədəd “Supersun” konservasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində 200 manat məbləğində maddi ziyan dəymişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Fuad Qazıyev tərəfindən tərtib olunmuş 16 oktyabr 2024-cü il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi , Arablinka küçəsində yerləşən X1 işlədiyi “Araz” adlı marketdən 10 ədəd 200 manat dəyərində “Ankor” və 10 ədəd “Supersun” adlı konserv oğurladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; X1 ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində işlədiyi mağazada naməlum şəxs tərəfindən 10 ədəd “Ankor” yağı və 10 ədəd “Supersun” şirkətinə məxsusu konservaların oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində mağazaya 200 manat məbləğində maddi ziyan dəymişdir; X1 ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs etmiş əməl üzrə dəymiş maddi ziyan üzrə işin məhkəməyə göndərilməsinə etiraz etmir. Maddi ziyan ödənilməyib. Yuxarıda göstərilənlər üzrə tədbir görülməsini xahiş verilmişdir; xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 oktyabr 2024-cü il tarixdə, saat 23:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «14» oktyabr 2024-cü il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 oktyabr 2024-cü il tarixdən, saat 23:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7078/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7078/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver