Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7081/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elmixan qızının iclas katibliyi ilə, X1, Səlahiyyətli orqanın nümayəndəsi X6 iştirakı ilə, X1 Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, bu şikayətimlə yazıb sizə bildirirəm ki, xx.xx.2024-cü il tarixdə, saat 07:00-da Kürdəxanı yolunda heç bir qanuni əsas olmadan ona barəsində AR İXM-nin 327.2-1.1 -ci və 1.11 -ci maddəsilə inzibati protokol tərtib olunaraq 100 manat inzibati cərimə olunmuşdur. Lakin AR İXM-nin 327.2-1.1 -ci və 1.11 -ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 ‘Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə törədilən xətaya görə tərtib edilməlidir. Lakin həmin maddədə göstərilən inzibati xətanın törədilməsi barədə mənə heç bir sübut göstərilməmiş, elektorn kabinetimə sübutla bağlı görüntü əlavə edilməmiş və mən bu inzibati xətanı törətməmişəm. Sabunçu rayonu, DYPŞ-nin İXP6573321 saylı, xx.xx.2024-cü il tarixli Qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, həmin qərara əsasən guya o, 1.1 nişanlanma xəttinin tələbini pozmuş və manevr etmə qaydasını pozmuşdur. Halbuki həmin yolda asfalt örtüyü üzərində qırıqqırıq nişanlanma xətti vardır. O, həmin qırıq-qırıq xəttdən dönmə edərkən yolu gözləmiş boş olduqdan sonra yola çıxmışdır. Qəfil sol tərəfdən maşın əks istiqaməti hərəkət zolağına çıxaraq sürətlə hərəkət edərək onu vurmuşdur. Onun heç bir günahı olmamışdır. Məhkəmədən Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi bildirmişdir ki, tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qanuni və əsaslı olmuşdur. X4 1.1, 1.3, 1.11 nişanlanma xəttinin tələbini pozmuşdur. Belə ki, asfalt yol örtüyü üzərində olan həmin qırqqırıq xəttin yalnız orada dönmə icazəsini nəzərdə tutan yol nişanı olduğu halda qüvvəsi vardır. Vətəndaşın yol verdiyi digər inzibati xəta isə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmaq olmuşdur. Yolun tam boş olmasını gözləyib sonra dönmə əməliyyatını aparmalı idi. Bu qaydaya əməl etmədiyi üçün toqquşma baş vermişdir. Məhkəmə şikayətçinin, səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixində saat 07:00-da Kürdəxanı yolunda “Mercedes-Benz E 200 minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması-əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə tələbinin pozulmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tərəflərin təqdim etdiyi fotoşəkil və videogörüntüdən görünür ki, hadisə baş verən yolda asfalt üzərində sol tərəfdə dönməni nəzədə tutan qırıq-qırıq xətt vardır və dönməni qadağan edən hər hansı nişan yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, onun tərəfindən həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətə yol verilməsi, yəni 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməməklə sola və ya geriyə dönməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şəxsə istinad edilən digər inzibati xətaya, yəni İXM-nin 327.1-ci maddəsinə münasibətdə isə məhkəməyə hesab edir ki, X2 dönmə əməliyyatı aparan zaman yolun boş olmasına tam əmin olduqdan sonra hərəkət edərək dönmə əməliyyatını icra etməli idi. Ona görə də məhkəmə hesab edir ki, X2 manevr etmə qaydasının tələblərini pozmuşdur. AR İXM-nin tələblərinə əsasən X3 eyni vaxtda törətdiyi inzibati xətalardan daha ciddi xətaya, yəni İXM-nin 327.2-ci maddəsinə görə inzibati tənbeh tədbiri tətbiq edilərək barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və AR İXM-nin 43-cü maddəsinə əsasən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılmasında rayon (şəhər) məhkəmələrinin səlahiyyətli olmamasını nəzərə alıb məhkəmə hesab edir ki, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə yenidən baxılıb qərar qəbul edilməsi üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və AR İXM-nin 327.1-ci maddəsinə dair hissədə işə yenidən baxılması üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə yenidən baxılıb qərar qəbul edilməsi üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-7081/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7081/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver